Ferqyusson: "Nəyə görə “Real” bizdən bir gün artıq istirahət etməlidi?!"

09.02.2013 | 4602 dəfə oxunub

“Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson ölkə çempionatının təqvimindən narazıdır. Stadium.az xəbər verir ki, şotlandiyalı mütəxəssis Premyer Liqada baş tutacaq  “M.Y” - “Everton” oyununun bazar gününə salınmasından narazılığını bildirib. Ferqyussonun narazılığına əsas səbəb, “Real”ın La Liqadakı görüşünün şənbə gününə təsadüf etdiyi halda, “M.Y”in oyununun bazar gününə düşməsidi.  “Everton”la oyundan 2 gün sonra ÇL-da “Real”la qarşılacaq “M.Y” rəqibindən bir gün az istirahət etmiş olacaq. Ferqyusson təqvimdən narazılığını ifadə edərkən bunları deyib: “Premyer Liqanın televiziya ilə müqaviləsi var. Oyunların vaxtı da də bu müqavilə əsasında müəyyən olunur. Bir sözlə, bu müqavilə bizim avrokuboklardakı çıxışlarımıza maneəçilik törədir. Axə nəyə görə “Real” bizdən bir gün artıq istirahət etməlidi?! Bu, düzgün deyil. Digər ölkə çempionatlarında bir neçə cəbhədə mübarizə aparan klublara müəyyən güzəştlər olunur. Məsələn, Fransada belə klublar cümə günü meydana çıxır. Mən bazar günü keçiriləcək matçın təxirə salınmasını istərdim”.

Yeri gəlmişkən qeyd edək ki, Aleks Ferqyusson, Premyer Liqa çərçivəsində keçirilən “Totenhem” - “M.Y”(1:1)  oyunundan sonra hakim haqqında nalayiq ifadələr işlətdiyinə görə yerli futbol assosiasiyası tərəfindən 12 min funt-sterliq cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail