Babək Quliyev: “Adımı qorumaq üçün mübarizə aparıram” Müsahibə

11.02.2013 | 4534 dəfə oxunub

Hakimlik mövzusu yenə səngimək bilmir. Artıq neçə gündür ki, Anar Niyazovun hakimlikdən uzaqlaşdırıldığı barədə xəbərlər mətbuatda geniş müzakirə olunur. Baxmayaraq ki, bu barədə heç bir rəsmi qərar yoxdur. Bununla yanaşı, hakimlərin Antalya toplanışı da başa çatdı. Bu digər məsələlərə keçmiş FİFA referisi Babək Quliyevin münasibətini öyrənmək qərarına gəldik:

Babək müəllim, əvvəlcə Anar Niyazovun hakimlikdən uzaqlaşdırılması barədə fikrinizi bilmək maraqlı olardı...

Bu barədə rəsmi qərar olmasa da, Anar Niyazovun məsələsi barədə xəbərim var. Bu barədə onunla danışmışam. Bildiyiniz kimi ortada olan söhbət AnarınQaradağ Lökbatanklubunun baş məşqçisi Adil Mahmudovla mesajlaşmasıdır. Anar Niyazovun klub rəsmisinə mesaj yazması dərəcədə  düzgündü?

Anar bunu etməməli idi. Hakim klub rəsmisinə mesaj yazmamalıdı. Anarla Adil dostular, tələbə yoldaşı olublar, fərq etməz. Bəs, bu qərarı verən kimdir? Xaqani Məmmədov. Xaqani Məmmədovun özün hakimlikdən üçün qovmuşdular? Qalib gələn klub rəsmisiylə bir vaqonda olub, kupedən-kupeyə keçib, təkbətək söhbət edib bunu etiraf da edib. Xaqani Məmmədov Azərbaycan məkanında yeganə hakimdir ki, onun  səhv etməsi barədə etirafı var. Qəzetinizin ötən saylarının birində bu barədə yazı da dərc olunub. Udan klub rəsmisilə aralarında olan söhbət sonradan bağışlanması üçün Hakimlər Komitəsinə ünvanladığı müraciət barədə. Hakimlikdən bu məsələyə görə qovulan adamın indi Hakimlər Komitəsinin rəhbəri olması AFFA-da bir çox işlərin səhv qurulmasından xəbər verir. HK-nin rəhbəri bu məsələyə görə hakimi hakimlikdən uzaqlaşdırırsa, əvvəlcə özünü bunu etməməliydi. Dönüb keçmişinə baxmalıdır. Onun özü kim olub?

O ki qaldı Anar Niyazovun məsələsinə, sual olunur, oyun Qaradağ Lökbatanklubunun xeyrinə başa çatsaydı, bu mesaj söhbəti ortaya çıxacaqdımı? Əsla... Sms söhbəti oyundan əvvəl olub, amma niyə bunu qarşılaşmadan sonra ortaya çıxarırlar? Bunu bilənQaradağ Lökbatanklubunun prezidenti, baş məşqçisi niyə oyundan əvvəl AFFA-ya, PFL-ə xəbər verməyib? Niyə hakimin dəyişdirilməsini tələb etməyiblər? Mən sizə əminliklə deyirəm ki, “Qaradağ Lökbatanoyundan qələbəylə ayrılsaydı, heç bu mesaj söhbəti ortaya çıxmayacaqdı. həqiqətənmi mesaj yazan təkcə Anar Niyazovdur? Adlarını rəhbər qoyan  insanlar Babəki, Anarı, Əlini, Vəlini aldada bilərlər, amma Allahı aldada bilməzlər. Hər bir insan başqası üçün ədalətli qərar çıxarmalıdır. Anardan başqa artıq elə hərəkət edənlər var. Onlar haqda niyə belə qərar çıxarmırsız?

Deyə bilərsiz kimlərdir?

Biri elə Elçin Məmmədov. Onun telefonumdamənə yazdığı sms-i var. Bu kluba gedib, o kluba gedib, sonra da başqasına gedəcək. Niyə AFFA bu barədə bir tədbir görmür?

Bu mesaja görə Elçin Məmmədov hakimlikdən uzaqlaşdırıla bilər?

Anarı çıxarırlarsa, Elçini qovmalıdılar.

Amma bunu necə sübut edə bilərlər ki, həqiqətən Elçin həmin klublara gedib? Elçin deyə bilər ki, sizinlə zarafat edib...

Axı hamısı sms- var. Orada yazır kizarafat etmir. Son getdiyi klub daQarabağolub. Elçin MəmmədovuQarabağklubunun ofisindən çıxanda görüblər. Mən zəng eləyib dedim ki, “xeyir ola, sənQarabağın bazasına gedirsən?”. Mənə həmin sms-i yazdı. Əgər bu məlumat AFFA-ya lazımdırsa, ədalətli insanlardırsa, istəsinlər, bu mesajı onlara verim. Ancaq Elçin Məmmədovdan qorxular. Çünki Elçin onların pərdəarxası çox işlərini bilir. Heç vaxt Elçin Məmmədovu hakimlikdən uzaqlaşdıra bilməzlər. Bunu deyirəm, üstündə dururam.

Azərbaycan müstəqillik qazanandan bəri AFFA-da bir-birlərinə zidd gedən üç prezident dəyişib. Elçin onların hamısıyla işləyib...

Bunu onun özündən soruşsanız yaxşı olar. Bəlkə Elçinin xüsusi qabiliyyəti var, ona görə. Ola bilər ki, dördüncüylə işləsin.

Anar Niyazovun hakimlikdən uzaqlaşdrılması barədə Xaqani Məmmədov özü açıqlama vermişdi, amma rəsmi qərar yoxdu. Bu, dərəcədə doğrudur?

Xaqani Məmmədov çox söz danışır ona əməl etmir. Bir neçə gün əvvəl efirə çıxıb deyir ki, daha əvvəl dediyi sözləri düzgün yozmayıblar. Guya deyib ki, “ola bilsin bizim hakimimiz 2014- il Dünya çempionatında olsun”. Amma o, gözünün içinə kimi yalan danışır. Onun söylədikləri efirdə gedib arxivdə var. Amma əslində demişdi ki, azərbaycanlı hakim 2014- il dünya çempionatında, 2016- il Avropa çempionatında oyun idarə edəcək. Mən isə hələ 2009-cu ilə mətbuat konfransı keçirin zaman azərbaycanlı hakimlərin 2014- il Dünya çempionatında, 2016- il Avropa  çempionatında olmayacağını söyləmişdim. İndi deyirəm, bizim hakimlər nəinki 2014- ildə heç ondan sonrakı çempionatlarda da olmayacaqlar. qədər ki, işlər düzgün aparılmır, heç bir uğur olmayacaq. Xaqani Məmmədov tez-tez Əliyar Ağayev  Rəhim Həsənov barədə pafoslu sözlər danışır. Hələ bilmək olmaz onlar özlərini Avropada necə göstərəcəklər. Bu hakimlikdir, beş oyun əla idarə edə bilərsən, bir oyunda isə hər şey korlana səni hakimlikdən silə bilərlər. Vallah mən bunu istəmirəm. Allah onların hər ikisinin yolun açsın, irəli getsinlər, Azərbaycanın adını hakimlikdə tanıtsınlar.

Bəs hakimlərin Antalyada uzunmüddətli təlim-məşq toplanışı barədə deyə bilərsiz?

Rövnəq Abdullayev 2008-ci ildə AFFA prezidenti seçiləndən bu toplanışlar mütəmadi olaraq keçirilməyə başlayıb. Keçmiş AFFA rəhbərlərinin pulu olmadığı üçün bunu təşkil edə bilmirlər. Bu beş ildə 10-a yaxın toplanış olub hər dəfə Xəqani Məmmədov mətbuatda hər şeyin əla olduğunu, hakimliyin inkişaf etdiyini s. bu kimi sözlər söyləyib. Bəs çempionatda görürük? Təbii ki, bunun əksini. Rəhbərlikdən bir nəfər danışdıqları ilə hakimlərin meydanda etdiyi səhvlərin bir-birinə uyğun gəlmədiyi haqda ona irad bildirmyib. Bu adam beş ildir yalan danışır. Onun özünə yaxın jurnalistlər var, fikirlərini yaymaqla məşğuldular. Həmin jurnalistlər üçün futbolun inkişafı maraqlı deyil. Əsas öz mənafeləridir. Antalyaya gedib orada 7 gün qalmağın xətrinə gəlib Xaqani Məmmədovu bu qədər tərifləmək düzgün deyil, ayıbdır. Hər bir insanın özünə görə mənliyi olmalıdır.

- Həmin mətbuat işçiləri kimlərdi?

- Vaxtı çatanda onların da adlarını açıqlayacam.

Siz hakim olduğunuz zaman UEFA tərəfindən topanışlara cəlb olunmusuz. Ən uzun toplanış neçə gün olub?

– 5 gün, özü İstedadlar Qrupunda.

Bəs üçün AFFA-nın toplanışı bu qədər üzun çəkir?

Xaqani Məmmədov bu işi UEFA-dakı başbilənlərdən yaxşı bilir. Ona görə , bunun toplanışı 14 gün keçir. Nəyə görə? Üzr istəyirəm, bunun ailəsi yoxdur, evdə tək adamdır, evdə darıxır, neyləsin? Vaxtını öldürməlidir, ya yox? Camaatı yığıb aparır ora ki, 14 gün başı qarışsın. Hakimlər təlim-məşq toplanışından zövq almalıdır, daha yorulub gəlməməlidirlər. Bu adam 14 gündə orada hakimlərə danışıb? Sizi əmin edirəm ki, eyni sözləri, əsas da qayda pozuntularından bəhs edən 12-ci maddədən danışıb. Hakimlərin təlim-məşq toplanışı bir həftə, ən çoxu isə 10 gün olmalıdır. Amma bir həftə normal ən münasibidir.

Bir neçə dəfə Xaqani Məmmədovun Hakimlər Komitəsinə formal olaraq rəhbərlik etdyiyni, əslində isə bu səlahiyyətin Elçin Məmmədovda olduğunu demişdiniz.

Sözümün üstündə dururam. Qanunla ad Xaqaninindir, amma millət kor deyil ki, hamı hər şeyi yaxşı görür. Amma əslində hər yerdə Elçin Məmmədov var, hər yerdə o danışır. Özü bir söz deyir ki, hansısa komissiyanın üzvüdür.

Elmi-Metodiki Komitə...

Orada elə bir komitə yoxdu, yalan danışır. Hakim heç bir komitənin üzvü ola bilməz. Komitənin üzvü ya rəhbəri keçmiş hakim olmalıdır. Bu mənim, Xaqaninin qərarıdır, UEFA FİFA belə məsləhət görür.

Ümumuyyətlə, Elmi-Metodiki Komitənin işi nədən ibarət olmalıdı?

Gənc hakimləri yetişdirməli, oyunda olan səhvlərini müəyyənləşdirməlidirlər.

Bəs Elçin Məmmədovun öz səhvlərini o komitədə kim müəyyənləşdirir?

Bayaq dediyim kimi, Komitə mütləq keçmiş hakimlərdən təşkil olunmalıdır ki, şəffaflıq olsun. Komitə üzvləri oyun idarə etməməlidilər. Bu, UEFA-nın qaydasıdır.

Necə düşünürsüz, yenidən əvvəlki işinizə qayıtmaq ehtimalınız var?

Birmənalı şəkildə deyirəm ki, qədər Rövnəq Abdullayev AFFA prezidentidir mənim işə qayıtmaq ehtimalım sıfıra bərabərdir. üçün? Çünki Ramin Musayev ona mənim barəmdə düzgün olmayan məlumatlar verib. Məcbur qalaraq adımı qorumaq üçün mübarizə aparıram, onlarla vuruşuram. Bu insanlara elə adam lazımdır ki, gəlsin onlardan üzr istəsin, ayaqlarına düşsünqapılarında yatsın. Babək Quliyev elə insanlardan deyil.

Hakimlikdən uzaqlaşdırılandan sonra Sizə AFFA-dan deyən oldubmu ki, sakit olasınız, danışmayasız, bir neçə aydan sonra hakimliyə qayıdacaqsınız?

– 2-3 dəfə mənimlə belə söhbət olub. Onlara demişdim ki, danışmasam insanlar mənə deyər? Deməli, günahım var ki, danışmıram. Günahım yoxdur axı. Məni haqsız olaraq hakimlikdən uzaqlaşdırıblar. Bu, bilavasitə AFFA prezidenti Rövnəq Abdullayevin böyük səhvidir. Əgər mən 4 ildir bu barədə danışıramsa, Rövnəq Abdullayev bircə dəfə deməliydi ki, bu uşağı çağırın görüm, dərdi nədir? Bunun üçün , Azərbaycanda mənim kimi sözün düzünü deyən, öz adı, şərəfi, mənliyi üçün mübarizə aparan insanlara yer yoxdur. Onlara lazımdır? Gəl qapımda yat, dediyimi elə, məktub yaz s. Mən Rövnəq Abdullayevə niyə məktub yazmalıyam ki? Dahi insan o adamdır ki, öz səhvini başa düşsün, bundan nəticə çıxararaq üzr istəsin. Vəzifəsindən kimliyindən aslı olmayaraq. Mən Rövnəq Abdullayevdən yox, Rövnəq Abdullayev məndən üzr istəməlidir. AFFA prezidenti kimi, buraxdığı səhvə görə. Çünki mən 2009- ilin oktyabr-noyabr aylarında Avropa Liqasının, daha sonra isə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını idarə etməliydim. Bu isə bilavasitə hakimliyin inkişafına görə AFFA prezidenti Rövnəq Abdullayevin adı üçün böyük uğur idi. Rövnəq Abdullayev ömrünün sonuna kimi AFFA prezidenti olsa belə, ondan başqasından üzr istəməyəcəm.

Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail