Robertinyo "İnter"ə keçidindən danışdı

12.02.2013 | 4282 dəfə oxunub

“İnter”in braziliyalı hücumçusu Robertinyo komandaya keçidini şərh edib. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına verdiyi açıqlamada braziliyalı futbolçu deyib: "Mən artıq bir neçə gündür Bakıdayam, bu şəhər çox xoşuma gəldi. Bu gün komandanın heyətində ilk dəfə məşq etdim və ümid edirəm ki, komandaya yaxın matçlarda kömək edə biləcəyəm. Mənə demişdilər ki, “İnter” Azərbaycanın ən yaxşı komandalarından biridir və indi bunun şəxsən şahidi oldum. Buna qədər mən Gürcüstan çempionatında iştirak edirdim, orada bir neçə güclü komanda var, ancaq Azərbaycanda çempionat daha güclüdür. Etiraf edim ki, bunadək “İnter”in bəzi futbolçularıyla tanış idim və düşünürəm ki, komandaya adaptasiya olmaq çətin olmayacaq. Ümid edirəm ki, bu mövsüm “İnter” məqsədlərinə çatacaq və mən də yeni klubuma uğura nail olmasında kömək edəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail