Cəmşid Məhərrəmov: "Kəpəz"in əvvəlki mövqeyini özünə qaytarmalıyıq""

13.02.2013 | 5437 dəfə oxunub

"Kəpəz"in yeni transferi Cəmşid Məhərrəmov "Neftçi" ilə oyun haqda klubun rəsmi internet saytına açıqlama verib. Stadium.az xəbər verir ki, Bakı klubu ilə görüşdə yeni komandasında debüt edən futbolçu məğlubiyyətə yol açan səbəblər barədə danışıb: "Oyunun ağır olacağını bilirdik. Uzun müddətdir ki, bir yerdə oynayan futbolçulardan qurulmuş kollektivə qarşı mübarizə apardıq. Az da olsa, rəqibə öz oyunumuzu göstərə bildik. Bizim komandada yeni oyunçular, xüsusən də gənclər çoxdur. Uyğunlaşma baxımından hələ bir-birimizə tam öyrəşə bilməmişik. Çalışacağıq ki, qarşıda oyunlarda daha yaxşı şəkildə çıxış edək".

Müdafiəçi köklü kluba keçdiyini və komandanın uğursuzluğa son qoyması üçün əlindən gələni edəcəyini bildirib: "Kəpəz"in adı var. Klubun əvvəlki mövqeyini özünə qaytarmalıyıq. Komandanın daha yaxşı çıxış edəcəyinə, irəliyə gedəcəyinə inanıram.Elə bu ümidlə də kluba gəlmişəm. Bura vaxt keçirməyə yox, futbol oynamağa, komandanın uğurlu çıxışı üçün əlimizdən gələni etməyə gəlmişik. Qarşıdakı oyunlarda daha yaxşı "Kəpəz"i görə biləcəksiniz".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail