”Xəzər Lənkəran” tarixində yeni ad

13.02.2013 | 4797 dəfə oxunub

Yeniyetmə futbolçu Elnur Cəfərov “Xəzər Lənkəran”ın tarixinə düşüb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XIX turunun “İnter”lə qarşılaşmasında meydana çıxan hücumçu klub tarixinin ən gənc futbolçusu olub.
 
1997-ci il martın 28-də anadan olan Elnur fevralın 11-dəki qarşılaşmada meydana çıxanda 16 yaşı tamam olmamışdı. 15 yaş 320 günlüyündə “Xəzər Lənkəran”ın əsas heyətində debüt edən yeniyetmə buna 16 yaşından tez nail olan ilk oyunçu oldu.
 
Bunadək rekord Kazım Kazımlıya məxsus idi. O 16 yaş 66 günlüyündə əsas komandada debüt etmişdi. Artıq 3-cü olan Fikrət Ulduzlu 16 yaş 237 günlüyündə buna nail olub. Daha 2 oyunçu - İlqar Qurbanov (16 yaş 310 gün) və Rahid Əmirquliyev (16 yaş 344 günlük) 17 yaşı tamamlamamış debüt imkanı qazanıb.
 
Kazımlı və Ulduzlunun debütü ölkə kubokuna təsadüf edib. Onlar çempionatda ilk matça nisbətən gec çıxıblar. Debütü Premyer Liqaya təsadüf edən Elnur isə çempionatda ən gənc oyunçu olan İlqar Qurbanov (16 yaş 310 gün) və Rahid Əmirquliyevi (16 yaş 344 günlük) arxada qoyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail