"Şaxtyor" da Qəbələyə gəlir

13.02.2013 | 2957 dəfə oxunub

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının tam siyahısı artıq müəyyənləşmək üzrədir. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, turnirdə yer almaq üçün dəvət alan daha iki klub - Ukrayna təmsilçisi "Şaxtyor" və ölkəmizi turnirdə təmsil edəcək digər komanda "Bakı" rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl üç komanda – İspaniya "Barselona"sı, Türkiyə və Rusiya təmsilçiləri “Beşiktaş” və “Zenit” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 

Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ