"Xəzər Lənkəran": 5 qol və 5 debütant

14.02.2013 | 5129 dəfə oxunub

Topaz Premyer Liqasının XIX turunun “İnter”lə oyunu 5 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, matça start heyətində çıxan Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva və sonradan meydana daxil olanlar – Marin Orsuliçlə Uğur Pamuk ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirdi.
 
Bununla da klub tarixində bu formanı geyənlərin ümumi sayı 157-yə çatdı. Belə ki, bu qarşılaşmayadək komandada oynamaq 152 futbolçuya nəsib olmuşdu.
 
Mövsümün arxada qalan hissəsində daha 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Mövsümün ilk 18 turunda Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas və Akif Tağıyev bunu bacarıb. Bir sözlə mövsümün debütantlarının sayı 13-ə çatdı.
 
İndiyədək milliləşənlər də nəzərə alınmaqla 92 legioner və 60 yerli oyunçu komandanın şərəfini qorumuşdu. “İnter”lə 5 qolu vurulduğu matçdan (2:3) sonra bu siyahıya 4 legioner və 1 yerli əlavə olundu. Bununla da legionerlərin ümumi sayı 96-ya, yerlilərinki isə 61-ə çatdı.
 
İspaniyalılar Antonio Doblas və Alvaro Silva debüt etməklə “Xəzər Lənkəran” tarixində bu ölkə təmsilçilərinin sayını 3-ə çatıdırb. Onlara qədər Mario Rosas buna nail olmuşdu. Marin Orsuliç isə Roberto Alvizdən sonra 2-ci xorvatiyalı oldu. Milliləşən Uğur Pamuk isə Almaniya futbolunun komandadakı ilk yetirməsidir. Bununla da Almaniya “Xəzər Lənkəran”da təmsil olunan 34-cü ölkə oldu: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail