Roy Makayın komandası Qəbələyə gəlir

14.02.2013 | 3606 dəfə oxunub

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının siyahısına daha biri əlavə olunub. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, turnirdə yer almaq üçün dəvət alan Hollandiya təmsilçisi "Feyenoord" rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib. "Feyenoord"un U-15 komandasına hazırda Hollandiya futbol tarixinin ən güclü hücumçularından biri hesab edilən, yaxın keçmişdə bombardirlik keyfiyyətləri ilə dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan, karyerası boyunca "Deportivo", "Bavariya", "Feyenoord" kimi tanınmış klublarda top qovan və bir sıra titullara sahib çıxan Roy Makay başçılıq edir. Gənc mütəxəssis 2010-cu ildən futbolçu karyerasını bitirdiyi "Feyenoord"da akademiya məşqçisi kimi fəaliyyət göstərir.
 
Xatırladaq ki, daha əvvəl 5 komanda – "Barselona", "Şaxtyor", “Beşiktaş”, “Zenit” və "Bakı" turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 

Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail