"Hazırda “Dənizlispor”da çıxış etsəm də, ürəyim hər zaman “Neftçi” ilə döyünür" Müsahibə

14.02.2013 | 3534 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Türkiyənin “Dənizlispor” klubunda çıxış edən Rail Məlikov bu gün “Neftçi” PFK-nın bazasında olub. Futbolçuya “Neftçi”nin heyətində qazandığı çempionluq medalı təqdim edilib. Görüşdən sonra Rail Məlikov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Mövsümün əvvəlindən Türkiyənin “Dənizlispor” klubunun formasını geyinirsən. Qardaş ölkədəki şəraitindən, çıxışından razısanmı?

- Ölkədən kənarda oynamağın öz üstünlükləri olduğu kimi müəyyən çətinlikləri də var. Amma ora tezliklə uyğunlaşdım. Məlumdur ki, eyni dildə danışırıq və adətlərimiz də çox oxşardı. Bu baxımdan çətinlik yaranmadı. Təbii ki,Türkiyə futbolunda rəqabət və mübarizə daha ağırdı. Bununla belə PTT Liqası Azərbaycan çempionatından heç də üstün deyil. Sadəcə orada futbol infrastrukturu daha güclü inkişaf edib və azarkeşlər oyunlara daha çox maraq göstərirlər. Belə şəraitdə oynamaq futbolçuya da zövq verir. Fikrimcə bu gün 5-10 futbolçumuz Türkiyə Super Liqasının klublarında çıxış edəcək gücdədi. Bu klublar arasında mənimlə maraqlananlar da var.

- Türkiyədə olduğun müddətdə “Neftçi”nin oyunlarını izləyirdinmi?

- Mən “Neftçi” ilə 2 dəfə çempionluq yaşamışam. Ən böyük uğurlarım da bu klubun adı ilə bağlıdır. “Neftçi”nin səfərdə APOEL-i məğlub etməsinə nə qədər sevindiyimi ifadə edə bilmərəm. Hətta yaxşı mənada qısqanmışdım da. Həmin heyətdə olmaq istərdim. Amma bu futbolçu həyatının yazılmamış qaydasıdır. Ömürlük bir klubda qala bilməzsən. Necə deyərlər əvəzedilməz futbolçu yoxdur.

- Türkiyədə “Neftçi”nin Avropa Liqasındakı oyunlarına maraq necə idi?

- “Neftçi”nin bəzi qrup oyunlarına komanda yoldaşlarımla birgə baxmışdım. Onlar da yaxşı mənada təəccübləndikərini deyirdilər. İtaliyada “İnter”lə heç-heçədən sonra bir daha əmin oldular ki, Azərbaycanın Avropada sözünü deyə biləcək səviyyədə təmsilçisi var. Bu onlar üçün də qürur mənbəyidir. Azərbaycanda futbolsevərlər məşhur Türkiyə klublarına necə azarkeşlik edirsə, yaxın gələcəkdə Türkiyədə də “Neftçi”nin belə fanatları olacaq. Artıq bunun ilk işartıları var.

- “Neftçi” həmişə olduğu kimi bu mövsüm də çempionluğa iddialıdır. Bununla bağlı fikirlərini bilmək istərdik.

- “Neftçi” ardıcıl 3-cü dəfə çempion olmaq üçün hər bir potensiala malikdir. Klub prezidenti Sadıq Sadıqovun formalaşdırdığı kollektiv yalnız ən yüksək məqsədlər üçün çalışır. “Neftçi”ni qızıl medallardan savayı heç bir yer qane edə bilməz. Hazırda “Dənizlispor”da çıxış etsəm də, ürəyim hər zaman “Neftçi” ilə döyünür. Futbolçusu olsam da, olmasam da mən “Neftçi”nin azarkeşiyəm. İnanıram ki, “Neftçi” bu mövsüm ardıcıl üçüncü çempionluğunu qazanacaq və avrokuboklarda yazdığı tarixin davamını gətirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail