"Ən yaxşı mövsümümü keçirirəm"

15.02.2013 | 4151 dəfə oxunub

"Tottenhem"in yarımmüdafiəçisi Qaret Beyl cari mövsümdəki uğurlu çıxışından danışıb. Stadium.az xəbər verir ki, uelsli futbolçu karyerası ərzində ən uğurlu mövsümünü keçirdiyini bildirib: "Mən cari mövsümdə karyeramdakı ən yaxşı futbolu sərgiləyirəm. Oyundan zövq alıram. "Tottenhem" əla çıxış edir və belə olan halda mən də yüksəksəviyyəli oyun sərgiləyirəm. İndi təmkinimi qorumalı, daha da səylə çalışmalıyam. Bacardığım qədər hazırkı optimal formamı qorumalıyam. Çünki inamlı çıxış etməyimə baxmayaraq, çatışmayan cəhətlərim də var. Nəyin üzərində işləməli olduğumu bilirəm. Hazırki durumumla kifayətlənmək fikrində deyiləm. Daha da yaxşı oyun sərgilmək üçün əlimdən gələni edəcəyəm".

Əlavə edək ki, Beyl cari mövsüm İngiltərə Premyer Liqasında 13 qol vurub. Dünən isə Avroliqanın 1/16 final mərhələsi çərçivəsində "Lion"a qarşı keçirilən oyunda o dubl etməklə komandasına qələbə qazandırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail