"Hələ mənə məşqçi də demək olmaz" Müsahibə

16.02.2013 | 5711 dəfə oxunub

"Kəpəz"in keçmiş kapitanı Azər Məmmədov pfckapaz.com saytına müsahibə verib. Stadium.az xəbər verir ki, Gəncə klubunda əvəzedici heyətdə məşqçi kimi çalışan Məmmədov futbolçu karyerasından, hazırki işindən və gələcək məqsədlərindən bəhs edib.

Əvvəlcə karyeranızı bitirməyiniz barədə fikriləriniz öyrənək.

Açıığı bu haqda qərar vermək çətin oldu. 20 il futbol oynamışam. Bu az vaxt deyil. Birdən-birə sevimli peşəmdən uzaqlaşmaq təbii ki, ağır idi. Amma bir gün gəldiyin kimi bir gün də getməlisən. Tərif kimi çıxmasın, Azərbaycan futbolu üçün normal oyunçu olmuşam. Çıxış etdiyim komandalarla uğurlar qazanmışam. Millinin bütün yaş qrupları üzrə komandalarda oynamışam. Ölkəmizdə Çempionlar Liqasında mərhələ adlayan ilk futbolçulardan biriyəm.

"Kəpəz"ə gənc yaşlarında düşməyinizi elə uğur kimi qiymətləndirmək olar.
Əlbətdə ki, bunun özü də qürurvericidir. 16 yaşım olanda seçim oyunlarından sonra "Kəpəz"ə düşdüm. 40 futbolçunun arasından məndən əlavə 3 gənc seçildi. O, vaxt komandaya düşmək indikindən çox çətin idi. Çünki ciddi rəqabət vardı.

İlk oyunlarınız haqda danışmağınızı istərdik. 
1992-ci ildə "Kəpəz"in heyətində çox güclü futbolçular vardı. Mehman və Füzuli Allahverdiyevlər, Cavid Əhmədov, Tofiq Məmmədov, Əfqan Talıbov, Əli Rəhimov eləcə də digər tanınmışlarla bir komandada idim. Həmin vaxtlar gənclərdən Mahmud Qurbanov, Fazil Pərvərov, Ceyhun Tanrıverdiyev də klubda çıxış edirdi. İlk mövsümdə iki oyun oynadım. Biri Qazaxın "Göyəzən" digəri isə Akstafanın "Avey" komandalarına qarşı olub. Qazaxlılarla görüşdə 4 dəqiqə meydanda oldum. İki dəfə ayağıma top dəydi. Hər ikisində də Ceyhun ötürmə etdi. Sevincimin həddi-hüdudu yox idi. "Avey"ə qarşı matçda isə 40 dəqiqə meydanda oldum.

"Kəpəz"də 4 nömrəli formanı həmişə güclü müdafiəçilər geyinib. 
Elədir. Mən bu formanı Tofiq Məmmədovdan almışdım. Ancaq Tofiq ola bilməzdim. O, çox güclü müdafiəçi olub. Yəqin ki, ənənə davam edər.

Əvəzedici heyətdəki işiniz ürəyincədir?
İşimi bəyənirəm və seçimi özüm etmişəm. Birdən-birə hansısa komandada baş məşqçi işləmək təklif olunsa belə qəbul etməzdim. Çünki mən hələ təzə başlamışam, bir ayın məşqçisiyəm. Hələ mənə məşqçi də demək olmaz (gülür). İşlədikcə öyrənəcəyəm. Amma indi əvəzedicilərə nəsə öyrətmək, yol göstərmək bacarığına malikəm.

Yəqin ki, məşqçilik kurslarına yazılmaq fikriniz var? 
Keçmiş komanda yoldaşım Aslan Kərimovla dostluq əlaqələrim var. O, mənə B kateqoriyalı məşqçilik kurslarına yazılmağı təkil elədi. Bilirsiniz ki, əsas yığmada oynamış futbolçular C kateqoriyasından yox, birbaşa yuxarı mərhələdən başlaya bilərlər. Amma mən Aslanla razılaşmadım. Bildirdim ki, mən bütün kateqoriyaları oxuyub, mərhələli şəkildə biliyə yiyələnməliyəm. Çünki əlifbanı oxumadan, hərfləri tanımaq olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail