“Rəhbərlikdən dedilər ki, səndən futbolçu çıxmaz, bizə lazım deyilsən” Müsahibə

17.02.2013 | 7077 dəfə oxunub

Bu gün Azərbaycan futbolunda silinməz iz qoymuş futbolçulardan biri Nazim Süleymanovun 48 yaşı tamam olur. Hazırda millidə baş məşqçi Berti Foqtsun köməkçisi işləyən Nazim müəllim daha çox RusiyanınAlaniyaklubundakı çıxışı ilə yadda qalıb. Vladiqafqaz komandasının heyətində 1995-ci ildə Rusiya çempionu olubOnun bu uğurunu hələ ki, heç bir futbolçumuz təkrarlaya bilməyib. İki dəfə RusiyanınƏn yaxşı 33 futbolçususiyahısına daxil edilib. Osetiyanın fəxri vətəndaşı olmaqla yanaşı, “ŞöhrətOrdeni ilə təltif edilib. Bu kimi faktlar kifayət qədərdi. “Het-trik news” qəzetinin əməkdaşı Nazim müəllimlə əlaqə saxlayıb, təbrik edib, müsahibə götürmək istədiyimi bildirib. Süleymanov da buna etiraz etməyib.

- Nazim müəllim təbrik edirəm. 48 yaşda həyat necə görünür?

- Həyat getdikcə şirinləşir, getdikcə çətinləşir, daha dərindən düşünməyə başlayırsan.

- Neçə övladınız var?

- Üç.

- Babasınız?

- Təəssüf ki, yox. Qismət olsa, mən baba olaram.

- Dəbdə olan sual verəcəm. Futbola gəlişinizi necə xatırlayırsız?

- Sumqayıtda anadan olmuşam, uşaqlıq gənclik dövrüm orada keçib. İdman aləminə küçə futbolundan gəlmişəm. Futbola həddən artıq sevgim var idi. Elə gəlişimin maraqlı tarixçəsi var. Ailədə beş qardaş olmuşuq. Kiçikləri mən idimOrtancıl qardaşımın toyu idi. Biz məhəllə uşaqları ilə mağarın yanında futbol oynayırdıq. Dostları mənim oyunumu görüb çox bəyənmiş, qardaşıma irad tutmuşdular ki, niyə bu uşaq futbolla məşğul olmur? Bir müddət sonra Sumqayıtda zavod komandası var idi - “Kaspi”, məni ora yazdırdılar. İlk məşqçim Tofiq Ağayev olub. “Kaspinin heyətində öz yaşıdlarımız arasında respublika birinciliyində  iştirak edirdim. Hətta 1981-ci ildə komandamız çempion olmuşdu. 1982-ci ildə Şamil Heydərov MingəçevirinAvtomobilçikomandasına baş məşqçi təyin olundu. Respublika birinciliyindən ona yaxşı tanış idim. Məni bir neçə nəfər başqa futbolçunu komandasına dəvət elədi. 10-cu sinifdə oxuyurdum. Bu haqda Tofiq müəllimə bildirdim, razı olmadı. Ancaq fikrimdən dönmədim, sənədlərimi götürüb Mingəçevirə yollandım. “AvtomobilçiSSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında mübarizə aparırdı. O vaxtlar belə bir qayda var idi - komanda səfərdə oynayırdısa, heyətində bir, evdə oynayırdısa heyətində iki 18 yaşı tamam olmamış futbolçu çıxış etməli idi. Bizim komandada belələri var idi - Zəfər Qubadov Oleq Sarkisyan. Onlara görə nəinki əsas, ehtiyat heyətə düşə bilmirdim. Elə bir vəziyyət yarandı ki, ya zədə, ya da cəza səbəbindən onlar oynaya bilmədi. Şamil müəllim məcbur olub məni əsas heyətdə oynatmalı oldu. İlk oyunum QorininDilakomandasına qarşı oldu 2:0 hesabı ilə qalib gəldik. Hər iki qolun ötürməsini mən vermişdim. Ondan sonra Şamil müəllim məni əsas heyətdə saxladı.

- Bir il sonraNeftçi dəvət aldınız...

- 1983- bir neçə gənc futbolçunu - o cümlədən  məni, Cəmaləddin Əliyevi, Yaşar Vahabzadəni  “Neftçi baxışa çağırdılar bəyəndilər. O vaxtdan 1990- ilə kimiNeftçinin şərəfini qorudum.

- İlk oyununuz kimə qarşı olub?

- LujnikidəSpartaka. Həmin oyun əsas heyətdə meydana çıxmışdım. Elə bir atmosfer var idi ki, oyundan bir neçə gün sonra da özümə gələ bilmədim. Böyük möhtəşəm stadion, azarkeşlərlə dolu tribunalar. Futbolçuların dili ilə desək, “mandraja düşmüşdüm. 70 dəqiqə oynadım. Həmin dəqiqələr bir göz qırpımında keçib getdi.

- SSRİ dönəmində Azərbaycan Dövlət Televiziyasınınİdman icmalıadlı verilişi var idi. Həmin veriliş başlayanda Sizin vurduğunuz qol göstərilirdi.

- Yaxşı yadımdadı, TbilisiDinamosuna vurduğum qolu deyirsiniz. Maşallah Əhmədov dabanla ötürmə verdi, zərbə vurdum. Doğrudan da, gözəl qol alınmışdı.

- “Neftçinin heyətində ilk qolunuz necə, yaddan çıxmayıb ki?

- Yox, OdessadaÇernomorets oyunda. Yaxşı komanda idi. Həmin oyunda sonradan Avropanın ən yaxşı futbolçusu olmuş İqor Belanov daÇernomoretsin heyətində idi. Hesabı mən açdım, təəssüf ki, sonradan qapımızdan 2 top buraxdıq.

- O vaxtkıNeftçiilə indikiNeftçini müqayisə etsək, hansı daha baxımlı futbol göstərirdi?

- Düzü, müqayisə eləmək bir qədər çətindi. SSRİ çempionatı mini Avropa birinciliyini xatırladırdı. Azərbaycan çempionatı ilə müqayisə eləmək düzgün olmazdı. İndiki futbolçuların xətrinə dəyməsin, əksəriyyəti o vaxtkıNeftçinin nəinki əsas, heç əvəzedici heyətinə düşə bilməzdi. SSRİ dönəmində futbolçu çox idi, komanda az. İndi isə əksinədi - komanda çoxdu, amma səviyyəli futbolçu qıtlığı var. O vaxtlarNeftçinin oyunçularını barmaqla göstərirdilər, futbolçulara hər yerdə hörmət vardı. Azərbaycan çempionatında çıxış edən komandaların heç biri deyərdim ki, o vaxtkıNeftçinin səviyyəsində deyildi. SSRİ çempionatında çıxış eləyən komandalara fikir verin - “Spartak”, “Dinamo” (Kiyev), “Dinamo” (Tbilisi), “Torpedo” (Moskva)... Hamısı güclü idi, onlara qarşı oynamaq çox çətin idi...

- “Araratla oyun daha çətin olardı?

- Hər respublikadan uzağı bir komanda çempionata çıxırdı. “Araratda da Ermənistanın ən yaxşı futbolçuları cəmləşmişdi. Təbii ki, onlarla oyun xüsusi əhəmiyyət daşıyırdı. Yaxşı yadımdadı, 1985-ci il idi. “Razdanda (İrəvanın mərkəzi stadionu - red.) ermənilərlə heç-heçə oynadıq - 0:0. Azarkeşlər az qala stadionu dağıdırdılar. Mən hələ belə vəziyyətlə rastlaşmamışdım. Maraqlı bir faktı qeyd edim. 1990- ildəAlaniyanın heyətində olanda məniAraratla səfər oyununa aparmadılar. Məlum hadisələrə görə, komanda rəhbərliyi evdə qalmamı istədilər. “Alaniyaorada 2:0 uduzdu. İkinci dövrədə Vladiqafqazda baş tutan oyundaAraratı elə həmin hesabla məğlub etdik. Qolun birini Baxva Tedeyev, digərini isə penaltidən mən vurdum. Oyundan sonra bir neçə erməni futbolçu mənəSən niyə Yerevana gəlmədin, bacarırdınsa, orada bizə qol vurardındeyə hücum çəkdi. Cavabındalazım olsa, gəlib orada da sizə qol vuraramdedim. Aramızda mübahisə yarandı. İnandırım sizi, stadiondakı azarkeşləri güclə saxladılar. Az qala erməniləri birtəhər edəcəkdilər.

Gəlin əvvəlcə başqa bir məsələyə toxunaq. SiziNeftçidən niyə qovmuşdular?

- Vallah mənim özümə çox maraqlı idi. 7 il  oynadığım komandadan bu şəkildə ayrılmağımın gülməli səbəbi var idi. 1990- ildəNeftçi” 1-ci dəstədə mübarizə aparırdı. İlk dövrədən sonra rəhbərlikdən mənə dedilər ki, səndən futbolçu çıxmaz, artıq komandaya lazım deyilsən.

- Kim demişdi?

- Komandanın rəisi Çingiz İsmayılov. Onda baş məşqçi Ruslan Abdullayev idi. Komandanın rəhbəri isə Aydın İbrahimov. Mənə 2-ci dəstədə çıxış edən Gəncə komandasına keçməyimi təklif etdilər...

- Nazim müəllim, səbəb idi?

- Güya komandada ara qarışdırıram. İclas keçirilirdi, Quranı gətirib dedim ki, kim and içə bilər ki, mənim haqqımda deyilənlər doğrudu. Hamısı susdu.

- Əslində necə idi?

- Sonradan bildim ki, komandada futbolçuların hamısına avtomobil verilmişdi, məndən başqa. Yeganə səbəb bumaşın söhbətiidi. Necə olurdu ki, birinci dövrədən sonra komandada Vəli Qasımovdan sonra ən çox qol vuran futbolçu birdən-birə gərəksiz olur? Vəli 12 qol vurmuşdu, mən 6. Amma onun vurduğu qolların tən yarısının ötürməsini mən vermişdim.

- Üz tutdunuz Rusiyaya...

- Aydın müəllim mənə təklif elədi ki, Gəncəyə gedim. Gəncədə şəxsi mülkü var idi, orada qalım, bir müddətDinamoya kömək edim. Bu, mənim üçün geri addım idi. Zəng elədim rəhmətlik Valeri Lobanovskiyə Spartakın baş məşqçisi Oleq Romantsevə. Hər ikisi məni komandasına dəvət elədi. O vaxtlarDinamoda əsasən güc, fiziki futbola üstünlük verirdilər. “Spartakda isə daha çox texniki futbola. MənəSpartakdaha rahat gəldi Moskvaya getdim. Romantsev cəmi bir məşqdən sonra məndən sənədlərimi toplayıbSpartakın düşərgəsinə gəlməyimi istədi. Döndüm Bakıya, sənədlərimi aparmağa. Əsl həngamə bundan sonra başladı. özləri oynadırdılar, imkan verirdilər ki, gedim orada oynayım. Camaat məşq edəndə mən Bakı ilə Moskva arasında qalmışdım. Neçə dəfə Aydın müəllimlə görüşdüm. Hər dəfə məni buraxmayacaqlarını bildirdi. Məcbur olub o vaxt Mərkəzi Komitədə işləyən Fuad Musayevin qəbuluna düşdüm mənə köməklik göstərməsini istədim. Sağ olsun, sözümü yerə salmadı. Aydın müəllim üstümə qışqırdı ki, niyə Fuad müəllimin yanına getmisən. O vaxt Moskvadan da tez-tez zəng edib mənim işimlə bağlı əlaqə saxlayırdılar. Görun haqqımda demişdilər - o gəlib komandada aranı qarışdıracaq, qruplaşma yaradacaq.

- Kim demişdi?

- Kim deyəsidi ki? Rəhbərlik. Xeyli çək-çevirdən sonra 20 min rubl müqabilindəSpartaka keçə bildim. Sonradan məlum oldu ki, müqaviləmin bitməsinə 3 ay vaxt qalıbmış. O vaxt müqavilə idi, bilmirdik. kağıza qol çəkirdik. TəkiNeftçi oynayaq. Bizimkilərin bu hərəkəti mənim gələcək karyerama böyük zərbə vurdu. Təsəvvür edin, vaxtındaSpartaka keçsəydim, o vaxtkı Çempionlar KubokundaNapoli qardı oynaya biləcəkdim. Həmin vaxt MaradonaNapolinin heyətində idi. Düzdü, futbol əfsanəsi ilə görüşmək mənə nəsib oldu. Amma oynamaq yox.

- AmmaSpartakda bir oyun belə oynamadınız...

- “Spartaka keçəndə çempionatın qurtarmasına cəmi 3 tur qalmışdı əvəzedici heyətdə göndərildim. 3 oyuna iki qol vurdum. Valeri Karpin sağ, mən isə sol yarımmüdafiəçi mövqeyində çıxış edirdim. Yaxşı nəticə idi. Romantsev oyunumu bəyənirdi. Növbəti mövsüm komanda İspaniyaya təlim-məşq toplanışına getməyə hazırlaşırdı. Adımın siyahıda olmaması məni çox əsəbiləşdirdi. Romantsevdən səbəbini soruşanda bir qədər səbr etməmi istədi. Məndə səbr haradan idi? Futbol oynamaq üçün alışıb-yanırdım. Elə oldu ki, həmin ərəfədə Valeri Qazzayevdən təklif gəldi. 1991-ci ildə Vladiqafqaz Orcenikidze, “AlaniyaisəSpartakadlanırdı. Vəli Qasımov Suxumidə osetiyalıların düşərgəsində idi. Qazzayevin evindən ona zəng etdik. Mənə yanına gəlməyi təklif etdi. Fikirləşmək üçün üç gün vaxt aldım. Romantsevə getmək istədiyimi dedim. İnad etsə , sonradan fikrimdə qəti olduğumun fərqinə varıb məni buraxdı.

- Keçidə görəSpartaka qədər pul ödədilər?

- O vaxt hər iki komandaSpartakcəmiyyətinin nəzdində olduğu üçün pul söhbəti olmadı.

- Sizi dəvət edən Vəli Qasımov necə oldu?

- Bakıya qayıtdı. Respublika rəhbərliyi işə qarışdı, imkan vermədilər. Bildiyimə görə, Bakıya döndükdən sonra mükafat kimi 2 dənə avtomobil vermişdilər.

- Maraqlıdı, markası idi? “Zapıdeyildi ki?

- (Gülür) BiriMoskviçidi. O birindən xəbərim yoxdu.

- Mükafatdan söz düşmüşkən, Osetiyada Sizə qədər pul vəd etmişdilər?

- Ev, maşın aylıq təxminən 500 dollar maaş. O vaxt üçün çox yaxşı idi.

- Problem yaranmadı ki?

- Çempionatın ilk oyunundaLokomotivə qarşı oyunda meydana çıxmadım. Qazzayev adımı heyətə salmamışdı. Oyun 2:2 hesabı ilə başa çatdı. 2-ci turda əsas heyətdəMetallist oyuna çıxdım. İlk oyunum pis alınmadı. İlk qolumu isə maraqlıdı ki, yenə Çernomoretsin qapısından keçirdim. 4- turdan sonra Qazzayevi Moskvaya - “Dinamoya çağırdılar. Məni özü ilə aparmaq istədi. Dedim ki, burada mənə söz verdiklərini elədi ki, orada da eləyə. Getmədim. Bu söhbəti eşidən rəhbərlik sonradan mənə ev verdi.

- Həmin ev indi durur?

- Çoxdan satmışam. Soçiyə köçdükdən sonra. Düzü, futbolsuz qaldığım vaxtlarda pula ehtiyacım var idi. Həm orada yaşamırdım axı.

- Bəs avtomobil necə oldu?

- Avtomobilin qəribə tarixçəsi var. “Metallist evdə oynayırdıq. Uzaq məsafədən zərbə vurdum, top düzdoqquzluğa getdi. Çox gözəl qol idi. Oyundan sonra Osetiyanın prezidenti, bir ara da Rusiya Fövqəladə Hallar Naziri Şoyqunun müavini işləmiş     Sergey Valentinoviç Xutaqurov komandanın paltardəyişmə otağına gəlib bizi təbrik etdi. Üzünü mənə tutaraqNazim topu hara vurdundeyə soruşdu. Utandım, mənim yerimə Baxvadoqquzluğa dedi. Xetaqurov  “onda sabah gəlibdoqquzluğunu götürərsəndedi. Səhəri gün mənə09” bağışladılar.

- 1995-ci ildə Rusiya çempionu oldunuz.

- Yaxşı komandamız var idi. Həm Qazzayev kimi məşqçimiz. Rəhbərlik azarkeşləri demirəm. Hamısının vəhdəti nəticəsindəAlaniyasona bir tur qalmış MoskvadaDinamonu 1:0 udaraq çempion oldu. Şadam ki, bu nailiyyətdə mənim əməyim var idi.

- “Alaniyanın tarixi ərzində ən çox qol vurmuş futbolçusunuz.

- Eşitmişəm. Düzü, statistika ilə çox maraqlanmıram. Təxmini yadımdadı ki, Rusiya birinciliyində ən çox qol vurmuş əcnəbi idim. Vaqner Lav ÇSKA-ya gələndən sonra məni keçdi (gülür).

- “Qlazqo Reyncersilə oyunu necə, xatırlayırsınız?

- Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün onları keçməli idik. İlk oyun səfərdə 3:1 hesabı ilə uduzduq. Cavab oyununda isə biabırçılıq oldu - 7:1. Yeganə qolu penaltidən mən vurmuşdum. Bilirsiniz, düzünə qalanda şotlandlar həqiqətən çox güclü komanda idi. Evdəki oyunda bir ayıldıq ki, 2:0 uduzuruq. Onların heyətində Brayan Laudrup var idi - məşhur Mikael Laudrupun kiçik qardaşı. “Alaniyanın başına oyunlar açmadı ki? Cərimə meydançası nədi, qapıçı meydançasının daxilində istədiyini eləyirdi.

- BəsSpartaklaQızıl oyun”? Sankt-Peterburqdakı görüşdə sonuncu dəqiqədə boş qapıya vura bilmədiyiniz top deyəsənAlaniyadan gedişinizə səbəb oldu. Bildiyimə görə, həmin vaxt Qazzayevlə münasibətləriniz korlanmışdı.

- Qazzayev hələ məniDinamoya dəvət edəndə təklifini qəbul etmədiyimə görə incimişdi. 1994- ildəAlaniyaya qayıtdıqdan sonra hiss edirdim ki, mənə qarşı əvvəlki kimi deyil. Həmin epizodda top ayağıma oturmadı, altından keçdi. 2:1 uduzduq. Qolu qaçırdığıma görə heç kim məni qınamadı. Hətta azarkeşlər oyundan sonraSulya, Sulyadeyərək mənə dəstək oldular. Qazzayevi isə söyürdülər. Bayaq dediyim kimi, Qazzayevlə aramızda sərinlik var idi. Həm açıq etiraf edək - məni qısqanırdı. Necə ola bilər ki, azərbaycanlı balasını azarkeşlər alqışlayır, osetini isə söyürlər? Qazzayev böyük məşqçidi. ÇSKA-ya UEFA Kubokunu qazandırıb, müxtəlif komandalar ilə Rusiya çempionu olub Bu, danılmaz faktdı. Amma mənə qarşı qısqanclığı da danılmaz idi.

 Gəlin bir qədər əvvələ nəzər salaq. Son turdaSpartakMoskavaTorpedosuna birinci hissədən sonra 3:0 hesabı ilə uduzurdu. Oyun isə 4:3 “Spartakın qələbəsi ilə başa çatdı. Fasilə zamanı nələrin baş verdiyi məlumdu. Bizim rəhbərlik bunları bilə-bilə heç bir hərəkət etmədi. Moskvalılar son turlarda ancaq qələbə qazandılar, biz isə xallar itirdik.

- Belə çıxır ki, “Alaniyarəhbərliyi rəqiblərdən oyunu almalı idi.

- Niyə yox? ƏgərSpartakbu yola əl atırdısa, onlar niyə etməməli idilər? Həm iki il ardıcıl region komandasının Rusiya çempionu olması çoxlarına sərf etmirdi.

- Oyun alqı-satqısından söz düşmüşkən, “Alaniyada oynayanda belə oyunların iştirakçısı olubsunuzmu?

- Yox. Osetiya kriminal aləmdə nüfuzu ola bölgədi. Vladiqafqazda kriminal avtoritetlər kifayət qədərdi. Belə şeylərə görə adamı yox edərdilər. Yadıma bir əhvalat düşdü. Vladiqafqazda olanda QAZ-31-im vardı. Nömrəsi 10-10 idi. Bir dəfə maşını əslən azərbaycanlı olan dostum istədi. Osetiyada prokurorluqda işləyirdi. Elə oldu ki, maşın oğurlandı mən klubun rəhbərliyinə müraciət etdim. Kimlərləsə əlaqə saxladılar. Cavabları isə belə oldu - maşını Nazimdən yox, başqasından oğurlamışıq. Zəhmət çəkib Nazimə təzəsini alar.

- “Neftçidəki kimiAlaniyadan da qovulmadınız ki?

- Müqaviləmin müddəti başa çatdı. Yenisini isə bağlamadılar. Azad agent kimi Soçiyə - “Jemçujinaya keçdim. Sevinirəm ki, Osetiyada yaxşı ad qoya bildim. Orada hamı mənə hörmət edirdi, indi yadlarında qalmışam. Osetiyanın fəxri vətəndaşı adını, şöhrət ordenini almışam. Qalıb orada işləməmi istədilər. “Neftçidən qoyulanda Bakıda Politexnik İnstitunun 5-ci kursunda oxuyurdum. Məni institutdan azad elətdirmişdilər. Vladiqafqazda isə ali təhsil almama şərait yaratdılar. Universitetin hüquq fakultəsini bitirdim. Mənim üçün ən önəmlisi isə Osetin xalqının məhəbbəti idi. Vladiqafqazda çoxlu dost qazandım. İndi arada əlaqə saxlayırıq.

Bir əhvalat danışım. Millidə məşqçi işləyəndə Emin Quliyevin işi ilə əlaqədar Vladiqafqaza getmişdim. Emin ondaAlaniyada oynayırdı maliyyə məsələləri ilə bağlı problemi  yaranmışdı. Keçmiş komanda yoldaşım Baxva Tedeyev komandanın baş məşqçisi idi. Həmin vaxtAlaniyanın oyunu var idi mənə fəxri lojada oyunu izləməyi təklif etdilər. Matçdan əvvəl diktor əvvəlcə Osetiya prezidentinin, daha sonra əslən osetiyalı olmuş tanınmış qapıçı Stanislav Çerçesovun stadionda olduğu barədə məlumat verdi azarkeşlər sakit tərzdə onları alqışladı. Bir neçə dəqiqə sonra mənim stadionda olduğum barədə məlumat veriləndə stadiondan bir səs-küy qalxdı ki... Üstündən neçə il keçib, yenə yadıma düşəndə  tüklərim biz-biz olur. Mənə qarşı olan bu münasibət milyonlara dəyərdi.

- Komanda yoldaşlarınla necə, əlaqə saxlayırsınızmı?

- Dubaydakı təlim məşq toplanışında Mircəlal Qasımovla görüşdüm. Özbəkistan millisinin Budyonkorun baş məşqçisidi. Asiya qitəsinin ən güclü 10 məşqçisi sırasında adı var. Gözəl komanda qura bilib. Digərləri ilə arada görüşmək, zəngləşmək imkanı olur.

- “Jemçujinada karyeranıza son qoydunuz. Həm son ili pulsuz oynadığınız da çoxlarına bəllidi.

- 1997-ci ildə Soçi komandası yüksək dəstədə oynayırdı. Təəssüf ki, həmin il 1-ci dəstəyə düşdü. Futbolu buraxmaq qərarına gəldim. Amma bir il sonra mənə komandaya kömək etmək üçün müraciət etdilər. Maliyyə imkanları yox idi. Həqiqətən köməyə ehtiyacları var idi. Soçidə qalırdım, niyə kömək etməyəydim? Hər şey pula ölçülmür ki.

 - Necə oldu Vətənə döndünüz? Dəvət etdilər, yoxsa Vətən sevgisi üstün gəldi?

- Futbolçu karyeramı başa vurduqdan sonra bir müddətJemçujinanın əvəzedici heyətində məşqçi kimi çalışdım. Bir qədər sonra anam rəhmətə getdi Azərbaycanda qalmağım məsləhət oldu. Fuad Musayev yığma komandaya dəvət etdi. Əsas işim xaricdə oynayan yığma üzvlərinin problemləri ilə məşğul olmaq idi. O vaxtlar Emin Quliyev, Samir Əliyev, Kamal Quliyev, Cahangir Həsənzadə başqaları legioner həyatı yaşayırdı. Tez-tez onların işi ilə bağlı Ukraynaya, Rusiyaya gedirdim. Federasiyada isə maliyyə vəziyyəti yaxşı deyildi. Mənim ezamiyyət pulumu belə ödəyə bilmirdilər. AFFA-da hakimiyyət dəyişəndən sonra hiss etdim ki, yenilərə lazım deyiləm. Oradan uzaqlaşdım.

- Millidən söz düşmüşkən, Azərbaycan yığmasında ən çox oyun keçirən ilk qolu vuran futbolçusunuz.

- İlk oyun Gürcüstan ilə səfərdə olmuşdu - 6:3 uduzmuşduq. İlk qolu da mən vurmuşdum.

- Amma ilk qrup mərhələsində biabırçı nəticə olmuşdu. 1 xal, 0 top.

- Həmin vaxt ev oyunlarını Trabzonda keçirirdik. UEFA Bakıda oynamağa icazə vermirdi. İlk oyun səfərdə Rumıniyaya qarşı idi. 3:0 hesabı ilə məğlub olsaq da, onların baş məşqçisi bizim gözəl komandamızın olduğunu söyləmişdi. Etika xatirinə yox, həqiqətən belə idi. Əminliklə deyə bilərəm ki, Trabzondakı oyunlar Bakıda olsaydı, qrupda sonuncu olmayacaqdıq.

- MəşhurOser faciəsində niyə iştirak etməmişdiniz?

- Fransa ilə oyundan əvvəl Qazzayev mənə həmin oyuna getməməyimi məsləhət gördü. “Liverpulilə ağır oyunumuz var idi. Nədənsə, onun sözlərinə qulaq asdım. Sonradan AFFA rəhbərliyi UEFA-ya şikayət etmişdi. Məni milliyə gəlməməyimə görə 1 oyunluq cəzalandırdılar. EləLiverpulla oyunu buraxmalı oldum.

- Millidə sonuncu oyununuz da biabırçılığa təsadüf etdi. Lixtenşteynə məğlubiyyəti nəzərdə tuturam.

- Mən ehtiyatda idim... 2:1 uduzduq. Onların ilk qələbəsi idi. Oyundan sonra rəhbərlik bizə qarşı çox laqeyid münasibət göstərdi. Komandanı yola belə salmadı. Oteldən aeroporta özümüz gəldik.

- Bəlkə səhv eləmişdilər? Həmin məğlubiyyətə görə onlara haqq qazandırmaq da olar.

- Bu, sizin fikrinizdi. Mənim fikrimcə, peşəkarlıq baxımından yanlış hərəkət idi. Peşəkarlıq olmayan yerdə uğurdan söhbət gedə bilməz.

- “Xəzər Lənkəranklubunu yaratmaq Sizin ideyanız olub?

- Səhv etmirəmsə, 2004- ilin axırları idi. O vaxt Lənkəran Rayon İcra Hakimiyyətinin baçısı Zeynal Nağdəliyev idi. Yaxın yoldaşlarla məsləhətləşdikdən sonra onların köməyi ilə Zeynal müəllimin qəbulunda oldum. Lənkəranda futbol komandası yaratmaq istdiyimi bildirdim. Mənə ancaq maliyyə dəstəyi lazım idi, komandanı toplamaq asan idi. Təklifimə isti münasibət göstərdi. Bir müddət sonra məni Mais Mənsimovla tanış elədi. Mais müəllimə yaxşı komanda quracağımı söz verdim. Sadəcə mənə maliyyə dəstəyi lazım idi. Çempionluğu söz verməsəm , Avropa Kuboklarına düşəcəyimiz barədə öhdəlik götürdüm. Beləliklə, “Xəzər Lənkaran” “Gənclikdəki çayxanada yarandı.

- “Xəzər Lənkəranın yaranması ilə yerli futbolçuların qiyməti xeyli qalxdı. Sirr deyilsə, o vaxt futbolçulara ödənilən ən yüksək məbləğ qədər idi? Eşitdiyimə görə, söhbət 150-200 mindən gedirdi.

- Allaha and olsun ən yüksəyi 25 min idi. Onu da bəzi futbolçular alırdı. alırdılarsa, özləri bilərlər. Halal xoşları olsun.

- O vaxt mətbuatda Sizin futbolçuları komandaya gətirməyiniz müqabilində onlardan alacaqları məbləğin bir hissəsini tələb etməyiniz barədə yazılar gedirdi. Məsələn, hansısa futbolçuXəzər-Lənkarana gəlmək üçün 10 min tələb edirdisə, Siz rəhbərliyə daha yüksək məbləğ deyirdiniz. Hətta məhz buna görə Sizi komandadan kənarlaşdırmışdılar.

- Vallah, boş söz-söhbətlər idi. Birincisi, futbolçu ilə rəhbərlik maliyyə məsələlərini öz aralarında həll edirdilər. Mən müşahidəçi rolunu oynayırdım. İkincisi isə, konkret bir fakt deyəcəm, məncə bu, deyilənlərin hamısının şaiyə olmasını sübut edəcək. Millinin keçmiş futbolçusu Alim Qurbanov yaxınlaşıb dedi ki, “Nazim müəllim, Lənkərana gəlmək üçün 8 minpodyomnıistəyirəm. qədər istəyirsinz yazdırın, amma mənə 8 min verərsiniz”. Elə bil mənitokvurdu. Üstünə qışqırdım ki, məni yerinə qoyur. Dedi, Nazim müəllim hər yerdə belədir . isə, bir həftə təlim-məşq toplanışına qatıldı, bəyəndik. Pul söhbətində Mais müəllimin yanında soruşdum ki, Alim qədər istəyirdin? Dedi, 8 min. Rəhbərlikdən 10 min vermələrini xahiş etdim. 8 mini dərhal, qalan 2 mini isə ikinci dövrədə. Alimin gözləri yaşarmışdı. Səbəbini soruşandaNazim müəllim, məşqçilər bizdən pul alırlar, Siz isə bizə pul verirsiniz”, söylədi. İnanmırsınız, özündən soruşa bilərsiniz.

- Yaxşı bəs onda niyə görə komandanı tərk etdiniz?

- Sona qədər dəstək vermədilər. Komandaya yerli mühitə uyğun oyunçu dəvət edirdim. İstəsəydim Rusiyadan, Ukraynadan 60-70 min oyunçu gətirərdim. İstəmirdim. Lazımsız maliyyə itkilərini, artıq xərcləri istəmirdim. Məgər qapıçı var idi - Matryoşkin ya Kovalevski pis futbolçular idi? Baş məşqçilikdən sonra komandada adım gedirdi, maaşımı alırdım. Amma əslində işləmirdim. Coko Hacıyevski milliyə baş məşqçi gələndə məni dəvət elədi. Həm Bakıda onunla birgə çalışmışam. Əvəzedici heyət mənə tapşırılmışdı. Gözəl şərait yaratmışdılar, rəhbərlik tərəfindən hərtərəfli dəstək var idi.

- Oradan niyə ayrıldınız?

- Cokonun gedişindən sonra. Kluba uşaq futbolu ilə bağlı Türkiyədən qrup gəldi. Türk modelinə üstünlük vermək fikrində idilər. Hadisələrin gedişi Lənkəranda baş verənlərin təkrarlanacağından xəbər verirdi. Hacıyevskidən sonra rəhbərliklə söhbət etdim öz istəyimlə istefa verdim. İnsaf naminə deyim ki, “Bakıda mənə həmişə hörmətlə yanaşıblar. Yəni, ayrılmağımız qarşılıqlı razılıq əsasında oldu.

- Növbəti dayanacaq AZAL idi...

- Bir neçə ay işsiz qaldıqdan sonra, AZAL-dan təklif gəldi.

- Orada daha çox Avropa Kuboklarında BelarusunMinskkomandasına məğlubiyyətlə yadda qaldınız.

- AZAL-ın rəhbərliyi hər şeydən çox öz şəxsi mənafelərini üstün tuturdu. “Minskbirnəfəsə keçiləsi komanda idi. Əgər komanda oyundan əvvəl təlim-məşq toplanışı keçmirsə, heyətinə legioner cəlb olunmursa, lazımi qaydada hazırlaşmırsa hansı uğurdan söhbət gedə bilər? “Minskə məğlubiyyətin əsas səbəbləri bunlar idi. Mənim komandada qalmağım onlara sərfəli deyildi. Bir daha təkrar edirəm, AZAL-ın rəhbərliyi öz şəxsi mənafelərini komandanın mənafeyindən üstün tutdu. AZAL-ın bərbad çıxışı rəhbərliyin günahı idi. “Minski keçə bilməsək istefa verəcəyimi demişdim. Verdim .

- Hazırda millidə Foqtsun köməkçisi kimi çalışırsınız. Bir məşqçi kimi millinin bugünkü durumu Sizi qane edirmi?

- Təxminən bir ildi Foqtsla birgə işləyirik. Mənim fikir yürütməyim düzgün çıxmaz. Kənardan qiymət versələr daha yaxşı olardı.

- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb - milliyə dəvət alan futbolçunun qiyməti avtomatik olaraq qalxır...

- Bizim futbolçularda psixoloji durum lazımi səviyyədə deyil. Çoxları kiçicik uğurla kifayətlənirlər. Hələ Lənkəranda  olanda Mübariz müəllimə bu barədə fikrimi çatdırmışdım. Mənə cavabı qısa oldu: “Pul mənimdi, özüm bilərəm”. Futbolçuya qiymət vermək yaxşıdı. Amma yavaş-yavaş. Gənc futbolçu birdən-birə böyük pullar görəndə çaşa bilər.

- Millidə vaxta kimi çalışmaq fikriniz var? Klublardan dəvət gəlsə qəbul edərsinizmi?

- Təvazökarlıq olmasın, futbolçu kimi Azərbaycanı azacıq da olsa, tanıtdıra bilmişəm. Hazırda məşqçi kimi millinin uğuru üçün bacardığımı edirəm, gələcəkdə canla-başla edəcəm. İstər millidə olum, istərsə başqa yerdə.

Söhbətləşdi: İlqar Tağıyev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail