Mübariz Mənsimov: "Böyük qarajım var, ancaq böyük maşın kolleksiyam yoxdur"

18.02.2013 | 4252 dəfə oxunub

"Xəzər Lənkəran" klubunun fəxri-prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi olan Mübariz Mənsimov Türkiyənin “Hürriyet” qəzetinə geniş müsahibəsində avtomobil kolleksiyasından danışıb. Stadium.az xəbər verir ki, Mənsimov avtomobil həvəskarı olmadığını bildirib: "Mənim avtomobil xəstəliyim yoxdur. 5 ildə bir dəfə maşın dəyişdirirəm. Hazırda “Range Rover” sürürəm. Amma sürücüm yoxdur. Bəli, böyük qarajım var, ancaq böyük maşın kolleksiyam yoxdur. Antik maşınları sevirəm, imkanım varsa, sevdiyim hər şeyi ala bilərəm. Saymamışam. Amma harda evim varsa, orda bir avtomobilim var. Özümə aid 10-11 avtomobil və 5 gəmim var".  

Mənsimov Türkiyədə yeganə “Buqqatti”nin ona aid olmadığını vurğulayıb: “O mənim deyil, qardaşımındır. Mənə oxşayır deyə, onun avtomobilini də mənim adıma yazırlar. Qardaşımın maşın sevdası var. Maarif Mənsimov cavan uşaqdır, belə şeylərə həvəslidir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail