Rauf Mehdiyev məşqçiliyə başladı

18.02.2013 | 5528 dəfə oxunub

"Simurq" Peşəkar Futbol Klubu əsas heyətlə yanaşı, uşaq futboluna da diqqəti ayırmaqda davam edir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, klub rəhbərliyi aşağı yaş qruplarında ibarət komandalarda və əvəzedici heyətdə yüksək səviyyəli qapıçıların yetişdirilməsi üçün tanınmış futbolçu Rauf Mehdiyevlə müqavilə imzalayıb. Ötən mövsüm karyerasının başa vuran gənc mütəxəssis artıq "Simurq"da məşqçilik fəaliyyətinə başlayıb. 

Rauf Mehdiyev futbolçu karyerasına 1992-ci ildə Sabirabadın "İnşaatçı" klubunda başlayıb. Daha sonra isə Bakının "Tərəqqi", "Azəri", "Neftçi" "Ferid", o cümlədən "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik", "Karvan" komandalarında forma geyinib. Karyerasına isə "Neftçi" klubunda son qoyub. Təcrübəli əlcək ustası 2009-cu ildə "Simurq"da da oynayıb. O, komandamızın UEFA-nın təsnifat mərhələsindəki çıxışı zamanı Zaqatala təmsilçisinin şərəfini qoruyub. Rauf Mehdiyev həmçinin 2004-2008-ci illərdə yığma komandanın heyətinə də dəvət alıb.    

Qeyd edək ki, Mehdiyev "Simurq"dakı ilk məşqçilik sınağında əvəzedici heyətin qapıçıları ilə yanaşı, aşağı yaş qrupları ilə də işləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail