Skarlatake "Xəzər Lənkəran"ın tarixinə düşdü

19.02.2013 | 4707 dəfə oxunub

Manuel Skarlatake “Xəzər Lənkəran”ın tarixinə 2 və daha artıq dubl müəllifi olan ilk müdafiəçi kimi düşüb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, rumıniyalı arxa xətt oyunçusu Topaz Premyer liqasının “Turan”la qarşılaşmasında (4:2) 2 qol vurmaqla mövsümüdə 2-ci dəfə belə nailiyyətə imza atıb. Manuel ötən il oktyabrın 3-də AZAL-la səfər oyununda dubl müəllifi olmaqla qələbədə pay sahibi olmuşdu – 2:0.
 
Bununla da Skarlateke klub tarixində 2-ci dublunu rəsmiləşdirən ilk müdafiəçi oldu. Belə ki, bu dubl klub tarixində 65-ci belə hadisə oldu. Skarlatake 1-dən artıq dublu olan 16-cı oyunçudur: Zaur Ramazanov – 8 (6-sı çempionatda, 2-si kubokda), Vüqar Nadirov – 5 (1-i çempionatda, 4-ü kubokda), Samir Əliyev – 4 (3-ü çempionatda, 1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3 (3-ü çempionatda), İvan Svetkov – 3 (2-si çempionatda, 1-i kubokda), Rahid Əmirquliyev – 3 (2-si çempionatda, 1-i Birlik kubokunda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dmitrios Sialmas, Manuel Skarlatake – hamısı 2 (2-si çempionatda), Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i çempionatda, 1-i kubokda), Klaudianu Radukanu - 2 (2-si kubokda), Mario Souza – 2 (1-i çempionatda, 1-i Birlik kubokunda).
 
Düzdür, 2 və daha artıq dubla imza atanlar sırasında Emin Quliyevin də adı var. Karyerası ərzində müdafiəçi kimi də çıxış edən futbolçu Manuel kimi 2 dəfə dubl edib. Lakin rumıniyalıdan fərqli Quliyev “Xəzər Lənkəran”da müdafiəçi kimi deyil, daha çox dayaq yarımmüdafiəçi kimi çıxış edib. Bu üzdən də onu daha çox orta sahə oyunçusu hesab etmək düzgün olar. Bu isə o deməkdir ki, Manuel 2-yə çatan ilk müdafiəçi oldu.
 
Cari mövsümdə “Xəzər Lənkəran”da 4 dubl qeydə alınıb. Skarlatake kimi Dmitrios Sialmas da 2 matçda buna nail olub. Bu dublların hamısı Premyer Liqaya təsadüf edib.
 
“Xəzər Lənkəran”ın 9 illik tarixindəki 65 dubla 34 oyunçu imza atıb. Bu 65 dubldan 44-ü Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb:
 
18 futbolçu isə 1 dəfə buna nail olub. Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba çempionatda, İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş kubokda, Nadir Nəbiyev Birlik kubokunda bunu bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail