"Xəzər Lənkəran"da onuncu

20.02.2013 | 4489 dəfə oxunub

Topaz Premyer Liqasının XX turunun “Turan”la oyunu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, matçda komandanın 3-cü qolunu vuran Gökhan Güleç ilk dəfə ağ-yaşıl formada meydana çıxdı. Bu qarşılaşmayadək 157 futbolçu komandada oynamışdısa türkiyəli legioner bu siyahıya 158-ci kimi daxil oldu. Bu oyunçulardan 14-ü cari mövsüm debüt edib. Güleçə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas, Akif Tağıyev, Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva, Marin Orsuliç, Uğur Pamuk “Xəzər Lənkəran” tarixinə düşmüşdü.
 
Gökhan bu tarixdə 97-ci legioner oldu. Digər 61 oyunçu isə Azərbaycan futbolunun yetirmələridir. Milliləşənlər də nəzərə alınmaqla 97-yə çatan legionerlər 34 ölkəni təmsil edir: : Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.
 
Siyahıdan göründüyü kimi Güleç “Xəzər Lənkəran”ın 10-cu türkiyəli futbolçusudur. Onlar arasında ən çox oyun keçirən Ayhan Devrandır. Qonşu ölkə təmsilçiləri komandada ümumilikdə 146 matç keçirib.
 
 
FutbolçuOyunQol
Devran Ayhan511
Oqtay Derelioğlu2318
Deniz Kolqu180
Fatih Sonkaya130
Göksel Akınçi120
Ahmed Dursun115
Mesut Kumçuoğlu101
Muammer Erdoğdu40
Tunc Kip30
Gökhan Göleç11
 
Legioner elə ilk oyununda qol hesabını açmaqla “Xəzər Lənkəran”ın qolçular siyahısına da daxil oldu. O, komandanın tarixində fərqlənən oyunçuların sayını 79-a çatdırıb. Güleç “Xəzər Lənkəran”da qol vuran 50-ci legionerdir. Bu əcnəbilər 21 ölkəni təmsil edir. Onlardan 5-i Türkiyəni təmsil edir. Ən məhsuldar türkiyəli Oqtay Dərəlioğlu və həmyerliləri ümumilikdə 26 qol vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail