Vüqar Nadirov: "Bizdəki qardaşlıq rəqabətidir"

20.02.2013 | 5484 dəfə oxunub

"Rəvan" qışdan sonra keçirdiyi hər 2 oyunda qalib gəlib. İstənilən komandaya baş ağrısı yaratmağa qadirdilər. Elə ilk dövrədə baş tutan oyunda da qalib gələ bilməmişdik". Stadium.az xəbər verir ki, bu sözləri "Rəvan" - "Qarabağ" oyunu haqda danışarkən Ağdam klubunun futbolçusu Vüqar Nadirov deyib. Klubun rəsmi saytına açıqlama verən futbolçu "Rəvan"la görüşün çətin keçəcəyini qeyd edib: "Rəqibin cüzi də olsa "6"lıq şansları qalır.  Ona görə də var güclərini meydana qoyacaqlar. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma təbii ki, meydana 3 xal üçün çıxacağıq. Qışda bir neçə transfer etmişik. Bu istər-stəməz həm komandanı gücləndirib, həm də rəqabəti artırıb. Komandamızın hücumçu probleminin olduğunu düşünmürəm. Hazırda Vaqif ön xəttin sivri ucunda çıxış edir. Cavadov heç də pis təsir bağışlamır. Hələ Subaşiç də var. Ümumiyyətlə, kim oynayırsa oynasın, bizim üçün fərq yoxdur. Hamı çıxıb komandaya fayda verməyə çalışır. Bəli, komandada oynamaq üçün rəqabət var. Amma bizdəki qardaşı rəqabətidi. Meydanda olan da, olmayan da "Qarabağ"a fayda vermək üçün çalışır. Cari mövsüm qarşımıza çempionluq hədəfi qoyulub. Amma bizim hədəfimiz hər matça çempionluq görüşü kimi çıxıb qalib gəlməkdir. "Rəvan"a da məhz istək və arzuyla yanaşırıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail