"Türkəm, amma qəlbim Azərbaycan üçün də döyünür" Müsahibə

20.02.2013 | 5406 dəfə oxunub

"Xəzər Lənkəran”a məxsus, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun ikinci komandasında icarə əsasında oynayan, eyni zamanda U-17 Azərbaycan millisinin futbolçusu Cem Felek klubun rəsmi saytına müsahibə verib. Stadium.az Müsahibəni təqdim edir.

Məlum olduğu kimi, adın müqavilə ilə “Xəzər Lənkəran”la bağlıdır. Özünü “Xəzər Lənkəran”lı kimi hiss edirsən?
 
- Bildiyiniz kimi, mən hal-hazırda Azərbaycan milli komandasında oynayıram. Türkiyədə və ya Azərbaycanda doğulmağımın heç bir fərqi yoxdur. Türkəm, amma qəlbim Azərbaycan üçün də döyünür. “Xəzər Lənkəran” mənə sahib çıxdı, mənə kömək etdi. Mən də bu sevginin qarşılığını “Xəzər Lənkəran”a və Azərbaycana bəsləyirəm.
 
Hal-hazırda Almaniyada top qovursan. Komandanın mövcud vəziyyəti necədir?
 
- Düzünü desəm, komandanın hazırkı durumu elə də yaxşı deyil. Mən də bir müddətdir ki, zədəliyəm. Çalışıram ki, tezliklə zədəmi bərpa edərək, performansımı geri qaytarım. O zaman komandaya faydalı olacağıma əminəm. Komandanın da qısa müddətdə daha yaxşı vəziyyətə gələcəyinə ümid edirəm.
 
Komandadakı rolunu, oyun içindəki yerini necə dəyərləndirirsən? Komandaya faydalı olduğunu düşünürsənmi?
 
- Mən komandanın ən dəyərli oyunçularından biriyəm. Bunu hamı görür və bilir. Əgər komanda üçün faydalı olmasaydım, bu yerlərə gəlib çıxmazdım. Hal-hazırda komandamın və Azərbaycan Milli Komandasının əsas oyunçularından biriyəm. Amma bilirəm ki, öz üzərimdə daha çox çalışmalıyam ki, daha da faydalı olum.
 
Yeri gəlmişkən, öyrənmək bizim üçün maraqlı olardı; Avropa qrandlarından ən sevdiyin klub, bəyəndiyin məşqçi və ideal hesab etdiyin futbolçu hansılardır?
 
- Suallarınızı elə verdiyiniz ardıcıllıqla cavablandıracağam: Real Madrid, Joze Mourinyo, Kristiano Ronaldo.
 
Qayıdaq “Xəzər Lənkəran”a. Klubumuzun sənin yetişməyində rolunu necə dəyərləndirirsən? Bu klub sənə futbolçu olaraq nələr qatdı?
 
- Əlbəttə ki, “Xəzər Lənkəran”ın mənə əvəzsiz köməyi dəydi. Mübariz Mənsizmov və Mais Mənsimova çox təşəkkür edirəm. Onlar məni oğulları kimi görürlər və məndən heç vaxt dəstəklərini əsirgəmirlər. Mən də çalışıram ki, onların inamını boşa çıxarmayım.
 
Futbolçu kimi professional gələcəyini necə görürsən?
 
- Indi bu barədə danışmaq düzgün olmaz. Bunu zaman göstərəcək. Amma mən peşəkar futbolçu kimi formalaşmaq üçün öz üzərimdə işləyirəm. Buna təkcə fiziki məşqlər aid deyil, həm də həyat tərzi çox önəmlidir. Mən məşqlərlə bərabər, yeməyimə, istirahət vaxtlarıma da nəzarət edirəm. Valideynlərim də bunun üçün mənə dəstək olur. İnşallah onların dəstəyi, özümün də zəhmətimlə yaxşı yerlərə gələcəyimi düşünürəm.
 
Bildiyin kimi, “Xəzər Lənkəran” öz çılğın azarkeşləri ilə məşhurdur. “Xəzər Lənkəran”a dönmədən öncə onlara demək istədiyiniz bir şey varmı?
 
- Əlbəttə, Azərbaycanda azarkeşlərin futbola marağının günü gündən artması sevindirici haldır. Demək istəyirəm ki, futbolu ürəkdən izləmək çox yaxşı haldır. Azarkeşlər həddi aşmadan, bir-birinə hörmət edərək futbolu izləməyə davam etsinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail