"Əlimizdən gələni edirik ki, yaxşı cıxış edək, amma..."

20.02.2013 | 5300 dəfə oxunub

"Əlimizdən gələni edirik ki, yaxşı cıxış edək. Amma hələ bu bizdə alınmır". Stadium.az xəbər verir ki, "Kəpəz"in kapitanı Xəyal Zeynalov pfckapaz.com-a açıqlamasında belə deyib. Qolkiper uğursuz seriyaya son qoymağa çalışdıqlarını söyləməklə, məşqlərdə çatışmayan cəhətlər üzərində durmadan işlədiklərini bildirib: "Hazırlıq prosesində hər bir futbolçu məşqçilərin tapşırığını qüsursuz yerinə yetirir. Nədənsə oyunlarda özümüzü yaxşı tərəfdən göstərə bilmirik. Yaxşı başa düşürük ki, son pillədən uzaqlaşmalıyıq. Təəssüf ki, qarşıya qoyulan məqsədə çata bilməmişik".

Qış fasiləsindən sonra kapitan sarığısına layiq görülən Zeynalov yeni vəzifəsi haqda da danışıb. O, bu məqamın məsuliyyəti artırdığını vurğulayıb: "Mənim üçün doğma klubumda kapitan olmaq qürurvericidir. Komandada məndən əvvəl kimlərin kapitan olduğunu keçmişə baxıb görəndə, adam onlarla eyni cərgədə durduğu üçün şərəf duyur. Bu sarğını daşıyan futbolçu komanda yoldaşları ilə həm baş məşqçi, həm də rəhbərlik arasında körpü olmağı bacarmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail