“Atletiko”nun formasındakı Azərbaycanla bağlı reklamın məbləği rəsmən açıqlandı

21.02.2013 | 5661 dəfə oxunub

Madridin“Atletiko” klubu formasında gəzdirdiyi “Azebaijan Land of fire” (Odlar yurdu Azərbaycan) yazısının dəyərini açıqlayıb. Stadium.az xəbər verir ki, bu barədə klubun marketinq departamentinin rəhbəri Mariya Tereza Sirivi RMA Biznes Məktəbində “Oyun idman növlərində menecment” fakültəsinin dinləyiciləri üçün keçirdiyi master-klassda açıqlama verib.

O bildirib ki, müqavilə 2013-2014-cü il mövsümünün sonunadək nəzərdə tutulub. Bu müddətdə “Atletiko” 12 milyon avro qazanacaq.   
 
“Atletiko” uzun müddət formalarında “KİA”nın reklamını yerləşdirib. Lakin ötən yay müqavilə bitib. Yeni təkliflər olsa da, klubu maliyyə baxımından qane etməyib. Bu səbəbdən, Madrid təmsilçisi bir müddət titul sponsoru olmadan keçinib: “Hətta bir çox mühafizəkar azarkeşimizin bundan xoşu gəldi. Onlar belə imtinanı köhnə vaxtlara qayıdış kimi dəyərləndirdilər. Biz isə gözləyirdik, bilirdik ki, yaxşı təklif gec-tez gələcək. Belə də oldu. İlin əvvəllərində Azərbaycanın turizm idarəsi ilə titul müqaviləsi bağlanıldı”.
 
Qeyd edək ki, “Atletiko” ilə rəsmi müqaviləni yanvarın sonlarında “Bakı” klubu bağlayıb. İspaniya mətbuatı “Azerbaijan Land of fire” üçün İspaniya klubuna 20 milyon avro ödəniləcəyini yazmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail