"Simurq" "Bakı" ilə görüşə hazırdır

22.02.2013 | 4662 dəfə oxunub

“Simurq” “Bakı” ilə oyunun hazırlıqlarını tamamlayıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, dünən axşam saatlarında son məşqinə çıxan komanda bir saatdan artıq davam edən çalışmalarda əsasən qısa ötürmələr üzərində verilən tapşırıqları yerinə yetirib. Sonda isə ikitərəfli oyunla hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.

Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Bakı”nı qonaq edəcək “Simurq”un heyətində hazırda heç bir itki yoxdur. Kapitan Rasim Ramaldanovunda komanda ilə birlikdə hazırlıqlarda iştirak etməsi məşqçilər korpusunun üzünü güldürüb.

Son üç görüşdə “Bakı”nın qapısına yol tapa bilməyən “Simurq” üçün bu qarşılaşma xüsusi önəm daşıyır. Yeni ildə qələbə qazana bilməyən komanda paytaxt təmsilçisi ilə keçirəcəyi 14-cü dueldə turnir cədvəlindəki yerini möhkəmlətmək üçün mütləq qalib gəlməlidir. Zaqatala təmsilçisi doğma arenada “Bakı” ilə oynadığı son beş matçda qələbə üzünə həsrət qalıb. Bu baxımdan bakılılarla görüşdə pis gedişata son qoymağı qarşısına məqsəd qoyan “Simurq” bütün diqqətini bu matça yönəldib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail