Mahmud Qurbanov: "Biz də uğur qazanmaq istəyirik"

23.02.2013 | 6223 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasında XXI turun oyunları çərçivəsində "Kəpəz" AZAL-ın qonağı olacaq. Stadium.az xəbər verir ki, qarşıdakı matçla bağlı "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun saytına açıqlama verib. O, oyuna hazırlıqdan danışıb: "Həftə boyunca AZAL-la görüşə hazırlaşmışıq. Futbolçular məşq prosesində verilən tapşırıqları yerinə yetiriblər. Sözün açığı, yetirmələrim məşqdə özlərini yaxşı tərəfdən göstərirlər. Amma oyuna çıxanda fərqli çıxış edirlər. Onlarla bu barədə danışmışıq".
Mahmud Qurbanov matç haqda da fikirlərini bildirib: "Çətin oyun olacaq. Rəqib ilk "altılığ"a düşmək üçün mübarizə aparır. Əsas məqsədləri budur. Biz də uğur qazanmaq istəyirik. Xallara ehtiyacımız var. Ardıcıl oyunlarda yaxşı çıxış edə bilməmişik. Ona görə də düşünürəm ki, istəyinə çatmaq üçün hər iki tərəf meydanda güzəştsiz mübarizə aparacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail