Bu gün Banişevskinin ad günüdür

23.02.2013 | 3322 dəfə oxunub

Bu gün Azərbaycanın ən yaxşı futbolçularından olan mərhum Anatoli Banişevskinin doğum günüdür. Stadium.az xəbər verir ki, 15 illik karyerasını bir komandada - “Neftçi”də keçirən keçmiş hücumçunun 67 yaşı tamam olur. 

1946-cı ilin fevralın 23-də anadan olan Banişevski “ağ-qaralar”ın heyətində (1963-73, 75-78) SSRİ çempionatında 211 oyunda 81 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının bürünc medalını qazanan Tolya həmin ildə SSRİ yığması ilə dünya çempionatında analoji uğura imza atıb. Futbolçumuz 50 oyunda 19 qol vurduğu yığma ilə 1972-ci ildə Avropanın vitse-çempionu olub. 

SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. Belə ki, “Neftçi”də (1981-82) məşqçi, Mingəçevirinin “Avtomobilçi” klubunda (1984-87), Burkina Fasonun gənclər yığmasında (1987-88) və “Kəpəz”də (1988) baş məşqçi işləyib. Anatoli 2003-cü ildə Azərbaycanın son 50 il ərzində ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Banişevski 1997-ci ilin oktyabrın 21-də ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail