Rövnəq Abdullayev: "Bakcell Arena" uğurlu infrastruktur layihələrindən biridir"

23.02.2013 | 6134 dəfə oxunub

AFFA tərəfindən inşa edilmiş 8 KM stadionunda bu gün "Bakcell Arena"nın adını əks etdirən lövhənin açılış mərasimi keçirilib. Stadium.az xəbər verir ki, mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev və "Bakcell"in baş icraçı direktoru Riçard Şirer iştirak edib.
 
R.Abdullayev çıxış edərək bu stadionun müasir tələblərə cavab verdiyini qeyd edib: "Ötən il FIFA U-17 qadınlararası dünya çempionatının bir neçə oyunu bu stadionda keçirildi. "Bakcell Arena" uğurlu infrastruktur layihələrindən biridir.
Sevindirici haldır ki, artıq yerli şirkətlər futbol sahəsinə maraq göstərir. Bildiyiniz kimi, bu stadionun adı üçün AFFA tender elan etdi və tenderin qalibi "Bakcell" şirkəti oldu. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq və gələcəkdə başqa şirkətlər də futbol sahəsinə sərmayə yatırmağa çalışacaq".
 
"Bakcell" şirkətinin baş icraçı direktoru AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib: “Şadıq ki, AFFA ilə əməkdaşlıq edirik. Biz bunun bəhrəsini ötən il gördük. Çünki Azərbaycanda keçirilmiş mundialda AFFA-nın partnyorlarından biri də biz idik.
Bu stadionda ölkə çempionatının oyunları da təşkil olunur. Hazırda “Neftçi” Azərbaycanın ən güclü klublarından biridir. Sevinirik ki, məhz bu komanda bizim şirkətin adını daşıyan stadionda ev oyunlarını keçirir”.
 
Çıxışlardan sonra Rövnəq Abdullayev və Riçard Şirer "Bakcell Arena"nın adını əks etdirən lövhənin üzərindən ağ parçanı götürüb.
 
Sonda AFFA-nın prezidenti və "Bakcell" şirkətinin baş icraçı direktoru jurnalistlərin suallarını cavablandırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail