"İnanmıram ki, AFFA prezidenti olmaq Hafiz Məmmədovun ağlından keçsin"

23.02.2013 | 6621 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev bu gün 8-ci km qəsəbə stadionunun yeni adı “Bakcell Arena”nın qarşında lövhənin açılışından sonra brifinq keçirib. Stadium.az xəbər verir ki, Abdullayev ilk olaraq tədbirlə bağlı fikirlərini bildirib.

- Bildiyiniz kimi, bu stadion 2012-ci ilin yayında möhtərəm cənab prezidentimizin iştirakı ilə açıldı. Mən deyərdim ki, Azərbaycanın futbol stadionlarının içində infrastruktur baxımından ən hazır stadionlardan biridir. Ötən il ölkəmizdə qızlar arasında dünya çempionatının oyunlarının əsas matçları burda keçirildi. Stadion özünü çox gözəl tərəfdən göstərdi. Dünya çempionatından sonra tender keçirildi və “Bakcell” onun qalibi oldu. Bu gün bura yığışmağımızın səbəbi keçmiş 8-ci km stadionunun “Bakcell Arena” adlanmağı münasibətilədir. Biz çox şadıq ki, Azərbaycanda artıq şirkətlərimiz futbola yaxındır, ona dəstək olur. Mən buna görə bütün şirkətlərimizə və hazırda burda olan “Bakcell” rəhbərliyinə, onun bütün kollektivinə öz minnətdarlığımı bildirirəm. Bizim şirkətlərin futbolla birgə olması onu daha da gücləndirir. “Bakcell”in tenderi udması bizi sevindirir. İnanıram ki, başqa stadionlarımız, klub arenalarımız da belə bir tenderlər keçirəcək. Bununla da Azərbaycan şirkətlərinin futbola çox böyük dayağı yaranacaq. Bu, çox gözəl nəticədir.

- Son günlərin ən aktual mövzusu yerinizə “Bakı”nın prezidenti Hafiz Məmmədovun AFFA prezidenti postuna gələcəyi ilə bağlı deyilənlərdir. Bununla bağlı nə deyə bilərsiz? Məmmədovu öz postunuzda görürsüzmü? O bu işi nə dərəcədə bacara bilər?
- Mən hara gedirəm ki? (gülür). Bunlar boş söhbətlərdir. Ötən ilin martında AFFA-da prezident seçkisi olub və 2016-cı ilə kimi bu posta seçilmişəm. Mən bu işimi də davam etdirəcəm. Böyük planlar var və biz bunu yerinə yetirməliyik. Bildiyiniz kimi, Azərbaycanda futbolun inkişafı üçün cənab prezidentimiz əlindən gələni edir. Biz də onun etimadını doğrultmalıyıq. Hələ böyük planlar haqda danışmaq tezdir. Ancaq ən əsası, 2016-cı ildə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Əsas məsələ AÇ-2020-nin Bakıda keçirilməsinə nail olmağımızdır. Bildiyiniz kimi, həmin çempionat 12 şəhərdə keçiriləcək və biz də öz namizədliyimizi irəli sürmüşük. Biz həmin 12 şəhərdən birinin Bakıda olması üçün əlimizdən gələni edəcəyik və buna nail olacağımıza inanıram. Qarşımızda bu planlar var və getməyə hələ vaxtımız yoxdur.

- Hafiz Məmmədovun belə postda çalışmağına münasibətiniz necədir?
- O, ilk növbədə futbolu sevən bir insandır. Hafiz Məmmədov prezidenti olduğu “Bakı” klubunda böyüş işlər görür. İndi klubda müəyyən problemlər yaranıb ki, onun həlinə çalışır. İnanmıram ki, AFFA prezidenti olmaq Hafiz müəllimin ağlından keçsin, nəinki belə bir şey olsun.

- Ümumiyyətlə, AFFA-nın qarşıdakı hesabat Konfransı ilə bağlı nə deyərdiz?
- Konfrans martın 15-nə təyin olunub. Çoxlu vacib suallar var. Biz əsasən müəyyən çempionatlarda dəyişiklik etmək fikrindəyik. Bunlar da futbolun inkişafına yönələn dəyişiklər olmalıdır. Biz maksimum dərəcədə gənc futbolçuların oyuna cəlb olunması haqda düşünürük. Onların Premyer Liqada, I divizionda oynamağı üçün hər bir şərait yaratmağa çalışırıq. Bildiyiniz kimi, hər bir klubun matçın protokoluna ən azı 2 21 yaşadək futbolçunu daxil etməsi haqda qərar qəbul etdik. Bu artıq gözəl nəticə verdi. İndi bizim yeni fikirlərimiz var. Yəqin ki, onu Konfrans vaxtı biləcəksiz.

- Çempionatımızın səviyyəsindən razısızmı?
- Bəli, çox gözəl keçir. Çempionatımızda gözəl nəticələr var. Ümumiyyətlə, futbolda proqnoz vermək çox çətindir, mümkün deyil.

- Milli komandamızın bu il üçün qarşıdakı ilk rəsmi oyunlarından nə gözləyirsiz?
- Bu oyunlara hazırlaşırıq. Bildiyiniz kimi, baş məşqçinin qarşısına məqsəd qoyulub. Biz millimizdən 2014-cü il dünya çempionatının seçmə mərhələsində böyük nəticələr gözləmirik. Əsas məqsədimiz 2016-cı il Avropa çempionatına hazırlıq görməkdir. Bunun üçün baş məşqçinin qarşısına gənc futbolçuların milliyə cəlb olunması məqsədi qoyulub. Ən başlıca məqsədimiz budur ki, 20-21 yaşlı futbolçularımızın 2016-cı ildə artıq gözəl bir dövrü başlayacaq. Həmin final mərhələsində 24 komanda iştirak edəcək və bizim şanslarımız var. Ora düşmək şansımız 50-nin 50-yədir. Çalışıb bundan istifadə etməliyik. 2020-ci ildə milli komandamız da Avropa çempionatının final mərhələsində iştirak etməlidir. Biz həmin çempionatı keçirməkdə qalib olsaq, millimiz öz yerində oynaya bilər. Bu, gözəl imkandır. Azərbaycan futbolunun qarşısında qoyulan məqsədlərə nail olmağa çalışacağıq.

- “Neftçi”nin futbolçusu Araz Abdulalyev “Everton”a transfer olunduğu zaman millidə lazımınca oynamadığına görə işçi vizası ala bilmədi. AFFA prezidenti kimi Berti Foqtsa hər hansı göstəriş verməyiniz olmazdı?
- Bilirsiniz, mən baş məşqçiyə fərdi şəxslər haqda neçə illərdir deməmişəm, indi də deməyəcəm. Biz yalnız ümumi göstərişlər qoya bilirik ki, millidə gənclər olsun. Ancaq kimisə bu oyuna burax, belə şey yoxdur. AFFA-da birbaşa məsələ qoyulub ki, baş məşqçinin işinə heç kim qarışmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail