Bir vəsiqəyə dörd iddialı

23.02.2013 | 3755 dəfə oxunub

Topaz Premyer Liqasının təsnifat mərhələsi başa çatmamış daha bir komanda ilk “altılıq”da yerini təmin edib. Stadium.az xəbərt verir ki, öz meydanında “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 1-6-cı yerlər uğrunda mübarizə aparacağı rəsmiləşən 5-ci komanda oldu. Ramiz Məmmədovun yetirmələrinə qədər vəsiqəni təmin etmək ardıcıllığı ilə “İnter”, “Simurq”, “Neftçi” və “Qarabağ” da buna nail olmuşdu.

Bütün oyunları eyni gündə - martın 3-də baş tutacaq XXII tur ərəfəsində yalnız 1 vəsiqə sahibini gözləyir. Buna ümidini itirən “Kəpəz”, “Turan” və “Rəvan” istisna olmaqla 4 klub həmin yeganə vəsiqəyə iddia edir. Hərəsinin hesabında 27 xal olan “Bakı” və “Xəzər Lənkəran”la yanaşı 26 xalı olan AZAL da “altılıq” iddiasındadır. Lakin 21 xalı olan “Sumqayıt” da nəzəri şanslarını qoruyur. Sabah “Turan”ı qəbul edəcək Bernhard Raabın yetirmələri son turda “Xəzər Lənkəran”ın qonağı olacaq. Hər 2 matçdakı qələbə müəyyən şərtlər daxilində onları mükafatlar uğrunda mübarizədə saxlaya bilər. Lakin sumqayıtlılar möcüzəyə bel bağlamalıdır. Çünki digər 3 komanda daha şanslıdır. 

Son turda “Bakı” “Rəvan”ı, “Xəzər Lənkəran” “Sumqayıt”ı, AZAL “Qəbələ”ni qəbul edir. Meydan sahibi kimi çıxış edəcək hər 3 komandanın, həmçinin “Turan”ı qəbul etdikdən sonra Lənkərana yollanacaq “Sumqayıt”ın “altılıq” şansları fərqlidir.

“Bakı” - əsas favorit
Hazırda 6-cı olan “Bakı” “altılıq” mübarizəsinin favoritidir. Bojidar Bandoviçin komandasının taleyi də öz əlindədir. Bakılılar qalib gələcəyi halda digər matçların nəticəsindən asılı olmayaraq 6-cı olacaq. Çünki komandaya yalnız “Xəzər Lənkəran” çata biləcək. Şəxsi oyunlarda isə 4 xal qazanan (1:1 və 2:0) bakılılar cənublulardan öndə olacaq. 
“Bakı” heç-heçə ilə də “altılığ”a düşə bilər. Bunun üçün nə “Xəzər Lənkəran” qalib gəlməlidir, nə də AZAL. Məğlubiyyət isə “Bakı”nı kənarda qoyacaq.

“Xəzər Lənkəran” “Rəvan”a ümid edir
“Xəzər Lənkəran” isə ilk növbədə “Rəvan”ın “Bakı”dan xal almasına ümid etməlidir. Bu halda qələbə onlar üçün yetərli olacaq. “Sumqayıt” üzərində qələbə qazanacağı halda “Bakı”nın istənilən xal itkisi “Xəzər Lənkəran”ı 6-cı edəcək.
Karles Bakesin də yetirmələri heç-heçə ilə istəyinə çata bilər. Bunun üçün “Bakı” uduzmalı, AZAL qalib gəlməməlidir. Məğlubiyyət isə “Xəzər Lənkəran”a heç bir variantda sərf etmir. Bu onların “altılıq” yolunu bağlayacaq.

AZAL qonaqlara ümidlidir
İlk 2 komandadan 1 xal geridə olan AZAL-ın şansları xeyli azdır. Onlar yalnız qələbə qazanacağı halda “Bakı” və “Xəzər Lənkəran”ın xal itirməsinə ümid edəcək. Bu 2 komandadan hər hansı qalib gələcəyi halda isə AZAL 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olacaq.  
Heç-heçə və məğlubiyyət isə heç bir halda Vaqif Sadıqovun yetirmələri üçün məqbul sayılmır. Çünki bu variantlarda onların “altılığ”a düşməsi mümkün deyil.

“Sumqayıt” möcüzə arzusunda
Bernhard Raabın yetirmələrinin “altılığ”a çıxması çox çətin görünür. Yalnız nəzərə cəhətdən mümkün olan bu variant üçün 4 oyunun nəticəsi münasib olmalıdır. Sabah “Turan”ı məğlub edəcəyi halda “Sumqayıt” son turda “Xəzər Lənkəran”ı üstələməlidir. Bu halda “Bakı” da “Rəvan”a mütləq uduzmalıdır. AZAL uduzsa “Bakı”, “Xəzər Lənkəran” və “Sumqayıt”, heç-heçə etsə isə bu 4 komandanın hamısı eyni nəticəyə - 27 xala malik olacaq. Belə bərabərlik isə “Sumqayıt”a sərf edir. Çünki şəxsi oyunlarda onlar üstünlük qazanacaq. “Sumqayıt” Lənkəranda qalib gəlməklə əsas rəqibləri ilə şəxsi oyunlarda daha üstün olacaq. 

1

Bakı

1

2:0

1:2

1:1

0:1

2:0

1:1

6

2

2

2

7 – 5

+2

8

2

AZAL (Bakı)

2:1

0:2

2

1:1

2:2

0:2

2:1

6

2

2

2

7 – 9

–2

8

3

Sumqayıt

1:0

1:1

2:2

1:1

3

1:1

5

1

4

0

6 – 5

+1

7

 

4

Xəzər Lənkəran

1:1

0:2

1:2

2:0

 

4

5

1

2

2

5 - 6

–1

5

1:1




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail