Nikolas Kanales: "İnter"i məhv etdik" MÜSAHİBƏ

25.02.2013 | 5550 dəfə oxunub

"Neftçi"nin vuran ayağı Nikolas Knales turun mərkəzi oyunu olan "İnter"lə qarşılaşmada da səssiz qalmadı. İkinci hissənin əvvəlində "İnter"in qapısına yol tapan Kanales bununla Premyer Liqada vurduğu qolların sayını 20-ə çatdırdı. Qarşılaşmadan sonra bombardirlə matç barədə danışdıq.

- Oyun çox maraqlı və yaxşı keçdi. Özünüz də gördüz ki, biz bütün konponentlərdə "İnter"i üstələdik. Qarşılığında da layiq olduğumuz qələbəni qazandıq.

- Öz oyunundan razı qaldın?

- Əlbəttə, razı qaldım, amma əsas olan komandanın qələbəsidir. Mən şadam ki, qələbəylə yanaşı, qol da vurmuşam.

- Qarşına məqsəd qoymusan ki, hər oyun qol vuracaqsan?

-İnşallah (maraqlıdır ki, Kanales bu sözü məhz Azərbaycanca dedi).

- "Neftçi" artıq ilk sıradadır, çempionluq şansınızı necə dəyərləndirirsən?

- Biz turnir cədvəlində "İnter"dən geridə idik. Buna görə də qələbə qazanıb onları keçməliydik və bunu bacardıq. İndi qarşıdakı oyunlarda da bu tempi saxlamalıyıq. Bu qələbədən sonra "Neftçi" həqiqətən çempionatın əsas favoriti oldu.

- "Altılıq"dakı vəziyyət barədə nə deyə bilərsən?

- Artıq burada kimlərin mübarizə aparacağı böyük ölçüdə müəyyənləşib. Yalnız bir komandanın taleyinə aydınlıq gəlməyib. Amma deyə bilərəm ki, "altılıq"da Azərbaycanın ən güclü klubları mübarizə aparacaq. Biz bundan sonra da hər oyunu udacağıq.

- "İnter"i meydanda süründürürdüz, komandanızın belə oyununu gözləyirdin?

- Təkcə mən yox, bütün komandamız bu gün "İnter"i meydanda yox etmişdik. Mən deyərdim ki, "İnter"i məhv etdik. Flavinyonun oyununu isə xüsusi vurğulamaq istəyirəm.

- Bu uğurda fərdi keyfiyyətləriniz rol oynadı, yoxsa taktiki gedişlər?

- Təbi ki, biz "İnter"i taktiki cəhətdən vurduq. Onlar bu baxımdan bizə qarşılıq verə bilmədilər.

- Onda razısan ki, çempionatda ilk dəfədir ki, bu qədər ağılla - taktika ilə oynadız?

- Mən sizinlə tamamilə razıyam. Həqiqətən də bu oyunda belə oldu.

 Söhbətləşdi: Şahin



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail