"Altılığ"ın 3 "adaxlısı" qaldı

25.02.2013 | 3189 dəfə oxunub

Dünən baş tutan bir oyundan sonra Topaz Premyer Liqasında “altılığ”a sonuncu vəsiqəyə 3 namizəd qalıb. Stadium.az xəbər verir ki, sonuncu tur ərəfəsində yalnız “Bakı”, “Xəzər Lənkəran” və AZAL 6-cı olmaq iddiasını saxlayır. Onlar “İnter”, “Simurq”, “Neftçi”, “Qarabağ” və “Qəbələ”yə qoşulacaq 6-cı komandanı martın 3-də baş tutacaq təsnifat mərhələsinin son turunda müəyyənləşdirəcək.

Yeganə vəsiqəyə bu günə qədər nəzəri şansları qalan “Sumqayıt” isə artıq buna ümid etmir. Buna onların XXI turun son matçındakı məğlubiyyəti səbəb olub. “Turan”a öz meydanında 0:1 hesabı ilə uduzan sumqayıtlılar 6-cı pillədə olan “Bakı”dan 6 xal uzaq düşüb. Bu fərqi isə son turda qaldırılması mümkünsüzdür. Bununla da Bernhard Raabın yetirmələrinin 7-12-ci yerlər uğrunda mübarizə aparacaq ikinci “altılıq”da oynayacağı rəsmiləşib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail