“Bakı”nın tarixində yeni rekord

25.02.2013 | 5083 dəfə oxunub

Topaz Premyer Liqasının XXI turunda “Simurq”la qolsuz heç-heçə edən “Bakı” mövsümdə 12-ci bərabərliyini aldı. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, bu, klubun tarixində rekord göstəricidir. “Bakı” adı ilə 8, buna qədər isə 7 mövsüm ölkə çempionatının güclülər dəstəsində çıxış edən paytaxt təmsilçisi heç vaxt bu qədər “sülhsevər” olmayıb.

2007/08 və 2009/10 mövsümlərinin hərəsində 11, 2004/05 ilə 2010/11 mövsümlərində isə 10 dəfə heç-heçə edən komanda mövsüm başa çatmamış rekord göstəricini rəsmiləşdirib. Artıq 12 bərabərliyi olan “Bakı” cari çempionatda daha 11 qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində 6-cı dəfədir ki, bir komanda ən azı 12 heç-heçə edir. “Bakı”ya qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Qəbələ” və “Xəzər Lənkəran” bir mövsümdə 12 və ya daha çox heç-heçə edib. 

Mütləq rekord isə 2009/10 mövsümündə “Neftçi” tərəfindən müəyyənləşdirilib – 14 heç-heçə. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail