Marius Pena: "Hamıdan üzr istəyirəm"

26.02.2013 | 4722 dəfə oxunub

"Bakı"nın rumın hücumçusu Pena Marius ilk günlərdən diqqət mərkəzindədir. İnamlı və məhsuldar oyunu ilə seçilən forvard "Bakı" futbol klubunun rəsmi internet saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

Artıq bir aydır ki, Azərbaycandasan.  Ölkə çempionatında 4 oyun keçirmisən, az da olsa, təcrübə toplamısan. Ümumiyətlə Premuer Liqa  barədə hansı fikirdəsən?

- Çempionat çox gərgin keçir, son tura qədər ən azı 4 komanda ilk altığa düşmək üçün mübarizə aparır.  Bu amil çempionatın gərgin və maraqlı keçməsindən xəbər verir. "Bakı"nın heyətində 4 oyun keçirmişəm, iki dəfə fərqlənmişəm və bu mənim üçün yaxşı haldır. Təəssüflər olsun ki, sonuncu oyunda penaltidən yararlana bilmədim və buna görə komanda yoldaşlarım, baş məşqçi, rəhbərlik və azarkeşlərimizdən üzr istəyirəm. Həmin oyunda qalib gəlsə idik, indi vəziyyətimiz tam başqa olardı. Ancaq bu futboldur, kiminsə belə hadisələrdən sığortası yoxdur. Çalışacağam ki, növbəti oyunlarda vurduğum qollarla onları sevindirim. 

- Növbəti oyunumuz kubok turnirinə təsadüf edir.  “İnter”lə derbi barədə nə deyə bilərsən?

- “İnter” klubu barədə çox məlumatlı olmasam da, təkcə onu qeyd etmək kifayət edər ki, onlar çempionatın liderlərindən biridir. Bu da ondan xəbər verir ki, rəqib güclü və ciddi klubdur. Buna baxmayaraq, mən inanıram ki, biz bu oynda qələbə qazanaraq ikinci oyun öncəsi yaxşı nəticə əldə edəcəyik. Əminəm ki, növbəti tura biz keçəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail