"Simurq" hazırlıqları davam etdirir

26.02.2013 | 4487 dəfə oxunub

"Simurq" dünən növbəti məşqinə çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, tam heyətlə hazırlıqları davam etdirən "Simurq", öncə meydanın mərkəzində toplaşaraq baş məşqçi Georgi Çixradzedən tapşırıqlarını alıb. Gürcü mütəxəssis qarşıdakı oyunun vacibliyini bir daha vurğulayaraq, hər bir kəsin oyuna köklənməsini istəyib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında yüngül qaçış və isinmə hərəkətlərin yerinə yetirilib. Müxtəlif fiziki gücün bərpası üçün çalışmalar edilib. Daha sonra taktiki ve texniki məşqə keçilib. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. 

Qapıçılar Dimitriy Kramarenko, David Pietrzkeiviç və Eyyub Əliyev qapıçı məşqçisi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı, xüsusi hazırlaşıb. 

Hazırda "Neftçi" ilə oyun öncəsi "Simurq"un heyətində zədəli futbolçu yoxdur. Ayağında yüngül ağrılar hiss edən xorvatiyalı yarımmüdafiəçi Stepan Polyakda dünənki məşqdə iştirak edib. Ancaq onun qarşılaşmaya çıxıb-çıxmayacağı hələ sual altındadır. Bu haqda qərar bugünkü hazırlıqdan sonra veriləcək. 

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Simurq"-"Neftçi" oyunun saat 17:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail