Bakes: "Düşünürəm ki, indi mənim gedişim üçün ən yaxşı vaxtdır"

26.02.2013 | 4457 dəfə oxunub

“Futbol həyatı gözlənilməzliklərlə zəngindir. Mən buraya komandanın dinamikasını artırmaq üçün gəlmişdim. Ancaq gəlişimlə komandanın çıxışları uğursuz alınmağa başladı. Məhz buna görə, “Qəbələ” ilə oyundan sonra mən rəhbərliyə istefaya getməyim haqqında təklif verdim ki, komandanı irəli apara biləcək başqa namizədlərə yol açım. Düşünürəm ki, indi mənim gedişim üçün ən yaxşı vaxtdır. Ola bilsin ki, mənim məhz indi getməyim komandaya uğur gətirsin”. Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"dan ayrılan Karles Bakes Martorell klubun saytına verdiyi açıqlama deyib. 

Məşqçinin sözlərinə görə, qış fasiləsinə qədər “Xəzər Lənkəran”ın heyəti kasad idi və o, həmin fasilə ərzində komandanın güclənəcəyinə ümid bəsləyirdi. Lakin “Xəzər Lənkəran”ın son çıxışları onu istefaya getməyə vadar etdi. “Düşünürəm ki, “Xəzər Lənkəran”da qazandığım təcrübə mənim üçün gələcək kariyeramda faydalı olacaq”- deyə ispan qeyd etdi.
 
Növbəti məşqçiyə gəlincə, Martorell bunları dedi: “Məndən sonra gələcək məşqçiyə mən heç bir məsləhət vermək istəməzdim. Ancaq ümid edirəm ki, o, kifayət qədər təcrübəli və komandanı irəli apara biləcək gücdə bir mütəxəssis olacaq. Hazırda burada qalan Erik və Emin komandanı daha yaxşı tanıyırlar. Odur ki, onlar komandaya növbəti görüşlərdə uğur qazandırmağa qadirdirlər”.
 
Martorell azarkeşlərimizi də unutmayaraq klub rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirdi: “Mən komandalarını çox sevən Lənkəran azarkeşlərini heç vaxt unutmayacağam. Onlar mənə hər zaman dəstək olublar. Eyni zamanda, klub rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Onlar komandaya xüsusi qayğı göstərərək, səmərəli iş üçün lazımi şəraiti yaratmışdılar. Deyə bilərəm ki, mən artıq yaşıl rəngi sevməyə başlamışam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail