"Xəzər Lənkəran"da ikinci argentinalı

26.02.2013 | 4397 dəfə oxunub

Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” ilə səfər oyununda daha 1 futbolçu “Xəzər Lənkəran”da debüt etdi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, matça 2-ci hissədə daxil olan Luçano Olgin ağ-yaşıl formada ilk oyununu keçirdi. Bu qarşılaşmayadək 158 futbolçu komandada oynamışdısa argentinalı bu siyahıda 159-cu oldu.
 
Cari mövsüm debüt edənlərin sayı isə 15-ə çatdı. Olginə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas, Akif Tağıyev, Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva, Marin Orsuliç, Uğur Pamuk və Gökhan Güleç “Xəzər Lənkəran” tarixində ilk matçına çıxmışdı.
 
Cənubi amerikalı komandanın tarixində 98-ci legionerdir. Digər 61 oyunçu isə Azərbaycan futbolunun yetirmələridir. Milliləşənlər də nəzərə alınmaqla 98-ə çatan legionerlər ümumilikdə 34 ölkəni təmsil edir. Luçano “Xəzər Lənkəran”ın tarixində 2-ci argentinalıdır. Ona qədər komandada bu ölkəni Dieqo Ruiz təmsil edib. 2010/11 mövsümündə ağ-yaşıl forma geyən cənubi amerikalı Premyer Liqada 8 matça 2 qol vurub. 498 dəqiqə meydanda olan hücumçu 2 sarı vərəqə də alıb. O, qollarını “Simurq”la və “Neftçi” ilə görüşlərdə vurub.
 
Komandada Argentinadan başqa daha 33 ölkədən futbolçu çıxış edib: Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail