"Adımı çəkməsi gözlənilməz oldu"

28.02.2013 | 6418 dəfə oxunub

AZAL-la oyunda "Kəpəz" uduzsa da, heyətdə yer alan futbolçulardan Ramil Kərimov özünü yaxşı tərəfdən göstərməyi bacardı. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc qolkiper komandanı oyun boyu bir neçə real qol vəziyyətində xilas etməklə, hesabın daha böyük olmasına imkan vermədi. "Kəpəz"də rəsmi debütü ilə bağlı klubun saytına danışan qapıçı start heyətində yer alacağını gözləmədiyini bildirib. "Komandamızda üç qapıçı var. Əsas "çərçivə qoruyucumuz" Xəyal Zeynalovdu. Bu səbəbdən AZAL-la oyundan öncə keçirilən iclasda baş məşqçimiz Mahmud Qurbanovun meydana çıxacaq oyunçular arasında adımı çəkməsi gözlənilməz oldu. Amma mən hər zaman oynamağa hazır olmuşam. Məncə, debütüm pis alınmadı.Komandaya kömək edə bildim. Biz gənclər təcrübə sarıdan əziyyət çəkirik. Ona görə istənilən kimi mübarizə apara bilmir və uduzuruq".

Kərimov təcrübəsizliyi qabartsa da, bakılılarla oyunda bu onda hiss olunmadı. Əksinə, Ramil sanki uzun illər elitada top qovmuş futbolçu kimi özünü göstərdi. "Mən əvvəllər "Turan"ın heyətində çıxış etmişəm. Tovuz təmsilçisində 5 oyunda əsas heyətdə meydana çıxmışam. Yəni demək istəyirəm ki, azda olsa, elita təcrübəm var. Mövsümün ilk yarısında şərəfini qoruduğum "Tərəqqi"də isə 12 matçda oynamışam. Ehtiyatda oturmamışam, oyun təcrübəsi qazanmışam. Bütün bunlar mənə kömək oldu. Amma hələ çox çalışmalıyam ki, daha yaxşı oyun sərgiləyim".

Qapıçı qarşıdakı turda meydana çıxıb-çıxmayacağına əmin olmasa da, "Kəpəz"ə meydanda kömək etmək istədiyini vurğuladı: "Əsas məqsəd həmişə oynamaq, heyətdəki yerimi qorumaqdı. Dəqiq deyə bilmərəm ki, "Simurq"a qarşı görüşdə oynayacağam ya yox. Bu, baş məşqçidən asılı olan məsələdir. O, kimi istəsə, daha uyğun və hazır bilsə, o da qapıda duracaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail