"Xəzər Lənkəran"ın kapitanı 25-ə çatdı

28.02.2013 | 4732 dəfə oxunub

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev klubda özünün 25-ci qolunu vurub. Stadium.az Lənkəran klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Rəvan”la ilk oyununda hesabı bərabərləşdirməklə 2:1 hesablı qələbədə pay sahibi olan yarımmüdafiəçi yubiley topuna imza atıb.
 
Klub tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rahid bu qollardan 17-ni Premyer Liqa, 5-ni ölkə kuboku, 3-nü “Birlik kuboku”nda vurub. “Xəzər Lənkəran”ın 9 illik tarixində yalnız 3 futbolçu daha çox qol vurub. Zaur Ramazanov 44, Samir Əliyev 34, Mario Souza isə 26 dəfə fərqlənib.
 
“Xəzər Lənkəran” Bakıdakı oyunda qol vurmaqla uğurlu seriyasını davam etdirdi. Belə ki, ölkə kubokunda ardıcıl 19 oyundur ki, komanda meydanı qolsuz tərk etmir. Sonuncu dəfə 4 il əvvəl - 2009-cu il fevralın 25-də öz meydanında “Bakı”ya 0:1 hesabı ilə uduzan futbolçular həmin oyundan sonra kubokdakı hər qarşılaşmada ən azı 1 qol vurub. Bu müddətdə “Xəzər Lənkəran” 19 görüşə 32 qol vurub.
 
Qeyd edək ki, “Rəvan”la qarşılaşma Elnur Allahverdiyevin “Xəzər Lənkəran”da yubiley – 80-ci matçı oldu. O, bu göstəricidə 10-cu olan Dieqo Souzaya çatdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail