Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşdi

28.02.2013 | 5587 dəfə oxunub

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun növbəti rəqibi müəyyənləşib. Stadium.az Qol.az-a istinadən xəbər verir ki, “Qəbələ” boks klubunu təmsil edən 33 yaşlı F.Məmmədov martın 9-da Almaniyanın paytaxtı Berlin şəhərində yerli idmançı Boris Berglə vuruşacaq.

66 kq. çəki dərəcəsində reytinq xarakterli səkkiz raundluq bu döyüş WBO versiyası üzrə baş tutacaq.

Qeyd edək ki, F.Məmmədovun rəqibi olan 36 yaşlı B.Berg həvəskər boksda Avropa çempionu olub. O, peşəkar boksa 2010-cu ildən başlayıb. O vaxtdan 14 döyüş keçirən B.Berg bu qarşılaşmaların 6-da qalib gəlib, 7-də məğlub olub, bir döyüş isə heç-heçə başa çatıb.

2004-cü ildə iki dəfə qitələrarası çempion olan F.Məmmədov məlum səbəblərdən peşəkar boksa bir də 8 illik fasilədən sonra qayıdıb. O, 2012-ci ilin may ayında baş tutan qarşılaşmada erməni rəqibi Jeqise Tomasyana nokautla qalib gəlmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail