"Kəpəz"in veteranları mini-futbol turnirində

01.03.2013 | 3995 dəfə oxunub

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşəbüsü ilə reallaşan mini-futbol üzrə şəhər turniri sona çatıb. Stadium.az "Kəpəz"in rəsmi internet saytına istinadən xəbər verir ki, mərkəzin açıq birinciliyi Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilib. Yarışın son günündə Gəncə futbolunun veteran simaları da oyunları izləyib.

Oyunları AFFA tərəfindən salınan süni örtüklü meydançada təşkil olunan yarış 7 gün davam edib. 2000-2001-ci təvəllüdlü yeniyetmələrdən ibarət komandaların birinciliyində Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının 5 təmsilçisi ilə yanaşı, 2 saylı Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Fiziki Hazırlıq İdman Klubu və Lokomotiv İdman Cəmiyyətinin kollektivləri də mübarizə aparıb .

Komandalar ilkin mərhələdə iki yarımqrupda qüvvəsini sınayıb. Qrup oyunlarında ilk iki yeri tutan kollektivlər yarımfinala vəsiqə qazanıb. Bu mərhələnin qalibləri finalda, məğlubları isə üçüncü yer uğrunda matçda üz-üzə gəlib. Turnirin bürünc medalları TİM-in "Real" komandasını minimal fərqlə yenən "Gənclərbirliyi"nə qismət olub. Yarışın qalibi adı uğrunda həlledici oyunda isə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının iki təmsilçisi - "Ümid" və "İnter" kollektivləri qarşılaşıb. Matç birincilərin 7:1 hesablı qələbəsi ilə nəticələnib. Belə də darmadağın hesabı ilə baş məşqçi İlham Səmədovun yetirmələri turnirin çempionu olub.

Oyunlardan sonra birinciliyin mükafatlandırma mərasimi keçirilib. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev ilk üçlüyə düşən komandaları təbrik edərək, onlara qarşıdakı böyük yarışlarda uğurlar arzulayıb. Mərkəz rəhbəri bu turnirin qarşıdakı illərdə də ənənəvi şəkildə təşkil olunacağını bildirib.

Ardınca mükafatçı kollektivlərin üzvlərinə fəxri fərman və medal təqdim olunub. Bundan əlavə ayrı-ayrı nominasiyalar üzrə fərqlənənlər də seçilib. Komandası yarışın qalibi olan İlham Səmədov turnirin ən yaxşı məşqçisi olub. "Ümid"dən Məzahid Əhmədov ən yaxşı futbolçu, Vüqar Rüstəmli qapıçı, Ümid Səmədov isə birinciliyin ən perspektivli oyunçusu adına layiq görülüb. Ruslan Məmmədova müdafiəçi, Yusif Alızadəyə yarımmüdafiəçi, Fərid Məmmədova isə ən yaxşı hücumçu kimi xatirə hədiyyəsi təqdim olunub.

Yeniyetmə futbolçuları "Kəpəz"in veteran futbolçularından Azər Məmmədov, Mehman Hacıyev, Rövşən Əhmədov, Həsən Abdullayev, Firuz Qulami və digərləri mükafatlandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail