Bertuççi: "İnanıram ki, qızıl medallara sahib olacağıq”

01.03.2013 | 6198 dəfə oxunub


“Neftçi” PFK-nın futbolçusu Bruno Bertuççi müalicəsini Braziliyada davam etdirir. Stadium.az xəbər verir ki. müdafiəçi iki həftədən sonra müalicəsini başa vuraraq Azərbaycana qayıdacaq. Futbolçu bununla bağlı klubun rəsmi saytına danışıb: “AZAL klubu ilə oyunda zədələndikdən sonra Braziliyaya gəldim. Hazırda müalicəmi vətənimdə davam etdirirəm. Tezliklə tam sağalıb Azərbaycana qayıdacağam. Klubumuzun həkimləri də mütəmadi mənimlə əlaqə saxlayıb vəziyyətimlə maraqlanırlar. Vətənimdə olsam belə, təbii ki, klubun düşərgəsindən kənarda olmaq darıxdırıcıdır. Tezliklə meydana qayıtmaq istəyirəm. Qarşıdan vacib altılıq oyunları gəlir. Bu qarşılaşmalarda komandama kömək etmək niyyətindəyəm. Hazırda turnir cədvəlinin ilk pilləsindəyik. İnanıram ki, bu mövqeyimizi çempionatın sonuna kimi qoruyub qızıl medallara sahib olacağıq”.

Xatırladaq ki, AZAL klubu ilə oyunda Bruno Bertuççinin körpücük sümüyü çatlamışdı.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail