"Rəvan" "Bakı" önünə Adamoviçsiz çıxacaq

01.03.2013 | 5210 dəfə oxunub

"Rəvan” futbol klubu Topaz Premyer Liqasının təsnifat mərhələsinin sonuncu – XXII tur matçına hazırlıqlara start verib. Stadium.az klubun rəsmin internet saytın aistinadən xəbər verir ki, komanda "Xəzər Lənkəran”a qarşı keçirdiyi ölkə kubokunun ilk 1/4 final oyunundan sonra artıq diqqəti "Bakı” ilə görüşə yönəldib.

Kubok oyunundan sonrakı günü istirahət edən komanda üzvləri bu gündən çalışmalara başlayıb. Ənənəvi olaraq "Bayıl Arena”da baş tutan hazırlıqda futbolçular isinmə hərəkətləri yerinə yetirdikdən sonra "kvadratlar” üzərində çalışıb, meydanın yarı hissəsində ikitərəfli mini-oyunda qüvvələrini sınayıblar. Məşqi qapıya zərbələr üzərində işləməklə bitirən komandamızda zədə ilə bağlı ciddi problem yoxdur. "Bakı” ilə oyunda Miloş Adamoviç cəzalı olduğuna görə oynaya bilməyəcək. Əvəzində Samuel Barlay və Nuran Qurbanovun cəzaları bitib və baş məşqçi Ramil Əliyev bu futbolçuların xidmətindən yararlana biləcək.

Onu da əlavə edək ki, XXII turun "Bakı” – "Rəvan” oyunun martın 3-də rəqibin təlim-məşq bazasının stadionunda keçiriləcək. Görüş 15:00-da başlayacaq. Matç "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail