"Turan"a texniki məğlubiyyət verildi

05.03.2013 | 5059 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

02 mart 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 27 №-li futbolçusu İsmayıl Qəhrəmanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
03 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XV turunun “Neftçala” – “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 20 manat cərimə olunur (maddə 40).
25 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın “Qarabağ” – “Qəbələ” matçının 80-ci dəqiqəsində “Qəbələ” klubunun 15 №-li futbolçusu Coşqun Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
25 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın “Xəzər Lənkəran” – “İnter” matçının 80-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 11 №-li futbolçusu Elçin İmanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
25 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın “Gənclik” – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 fevral 2013-cü il U-16 Liqasının “Vətən” – “Qarabağ” matçının 78-ci dəqiqəsində “Qarabağ” klubunun 3 №-li futbolçusu Eltun Turabov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
28 fevral 2013-cü il U-16 Liqasının “Bakı 008” – “Bakı” matçının 24-cü dəqiqəsində “Bakı” klubunun 77 №-li futbolçusu Umar Akmurzayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
26 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın “Turan” – “İnter” matçının 68-ci dəqiqəsində “İnter” klubunun 17 №-li futbolçusu Murad Piriyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
02 mart 2013-cü il U-14 Liqasının UGİM (Ağdaş) – UGİM (Oğuz) matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
UGİM (Ağdaş) klubu oyunlara 3 dəfə gəlmədiyi üçün yarışlardsn kənarlaşdırılır.
02 mart 2013-cü il U-14 Liqasının “İnter” – AZAL matçının 50+4-cü dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Rəvan Qəmbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
03 mart 2013-cü il U-14 Liqasının “Şəmkir” – “Turan” matçının 19-cu dəqiqəsində “Turan” klubunun 8 №-li futbolçusu Çovdar Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
02 mart 2013-cü il "Coca-Cola U-13 Liqa"nın “İnter” – “Hövsan OFK” matçının 38-ci dəqiqəsində “Hövsan OFK” klubunun 8 №-li futbolçusu Orxan Eyvazov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.3).
02 mart 2013-cü il "Coca-Cola U-13 Liqa"nın UGİM (Ağdaş) – UGİM (İsmayıllı) matçında UGİM (Ağdaş) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
UGİM (Ağdaş) klubu oyunlara 3 dəfə gəlmədiyi üçün yarışlardan kənarlaşdırılır.
03 mart 2013-cü il U-11 Liqasının “Məhsul” (Cəlilabad) – RSİ “Real” matçında RSİ “Real” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 fevral 2013-cü il 15 yaşlılar arasında III Region Kubokunun “Cənub yığması” – “Bakı yığması” matçının 43-cü dəqiqəsində “Cənub yığması”nın 2 №-li futbolçusu Saməddin Cəfərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
03 mart 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “İnci” – “MU” matçının 35-ci dəqiqəsində “İnci” klubunun 8 №-li futbolçusu Soltan Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
03 mart 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Veqa” – “Seniors” matçının 39-cu dəqiqəsində “Veqa” klubunun 1 №-li futbolçusu Bəxtiyar Xıdırov sonuncu ümid folıuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail