"Sumqayıt" klubunun statistikası

05.03.2013 | 4897 dəfə oxunub

Topaz Premyer Liqasında təsnifat mərhələsi başa çatıb. Stadium.az “Sumqayıt”ın rəsmi saytına istinadən xəbər verir ki, komanda 22 xal toplamaqla ikinci “altılıq” oyunlarına 10-cu pillədə yollandı. Komandanın baş məşqçisi Bernhard Raab arxada qalan turlarda ümumilikdə 26 futbolçunun xidmətindən yararlanıb. Sol cinah müdafiəçisi Slavik Alxasov (1800 dəqiqə) və hücumçu Pərdis Fərcad-Azad (1566 dəqiqə) 22 oyunun 20-də meydanda olub. Komandanın kapitanı Samir Abasov isə 19 qarşılaşmada 1710 dəqiqə oynayıb.

Slavik Alxasov – 20 oyun (1800 dəqiqə)
Pərdis Fərcad-Azad – 20 (1566)
Samir Abasov – 19 (1710)
Məhəmməd Mirzəbəyov – 17 (1185)
Ceyhun Sultanov – 16 (1312)
Murad Doymuş – 16 (1440)
Orxan Əliyev – 16 (1170)
Ruslan Qurbanov – 16 (1124)
Sabir Allahquliyev – 16 (572)
Murad Ağayev – 15 (1127)
Emin Cəfərquliyev – 15 (758)
Uğur Pamuk – 14 (1194)
Səlahət Ağayev – 14 (1160)
Aftandil Hacıyev – 13 (1111)
Taner Taktak – 11 (761)
Ramil Həşimzadə – 9 (497)
Xəyal Mustafayev – 8 (656)
Elçin Sadıqov – 6 (540)
Bəxtiyar Həsən-Alızadə – 6 (488)
Murad Hüseynov – 5 (102)
Mirzağa Hüseynpur – 4 (315)
Aqşin Muxtaroğlu – 4 (203)
Can Akgün – 4 (192)
Ruslan Nəsirli – 3 (121)
Anar Məhərrəmov – 2 (180)
Şamil Camaləddinov – 1 (45)

Pərdis Fərcad-Azad və Orxan Əliyev ən sərrast futbolçulardır
“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının arxada qalan 22 turunda 20 dəfə rəqib qapılarına yol tapıb. Komandamızın ən məhsuldar futbolçusu Azərbaycan əsilli hücumçu Pərdis Fərcad-Azaddır. 23 yaşlı futbolçu cari mövsümdə 5 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev isə 4 qolla bu siyahıda ikincidir. U-21-in üzvü Ruslan Qurbanov və Sabir Allahquliyev isə hərəyə 2 dəfə fərqləniblər.
Komandanın buraxdığı qollara gəlincə, 14 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 24 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə 6 oyunda meydana çıxıb və 7 dəfə məyus olub. İki görüşdə meydanda olan Anar Məhərrəmov isə qapısında 8 qol görüb.

Vurulan qollar: Pərdis Fərcad-Azad – 5 (qol), Orxan Əliyev – 4, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 2, Murad Ağayev – 1, Aftandil Hacıyev – 1, Emin Cəfərquliyev – 1, Uğur Pamuk – 1, Ceyhun Sultanov – 1 (1/1), Məhəmməd Mirzəbəyov – 1. Mirzağa Hüseynpur – 1. 

Buraxılan qollar: Səlahət Ağayev – 24, Elçin Sadıqov – 7. Anar Məhərrəmov – 8.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail