"Milliyə dəvət almağımda "Rəvan”ın danılmaz rolu var”

05.03.2013 | 6142 dəfə oxunub

"Rəvan” futbol klubunun qış "transfer pəncərəsi”ndə heyətinə qatdığı futbolçular arasında Mindauqas Kalonas xüsusi seçilir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, litvalı hücumameyilli yarımmüdafiəçi komandanın heyətində keçirdiyi ilk 3 oyununda 3 qol vurmaqla dərhal diqqətləri üzərinə çəkə bilmişdi. Düzdür, "Xəzər Lənkəran”la ölkə kubokunun ilk 1/4 final matçında və Topaz Premyer Liqasının təsnifat mərhələsinin "Bakı” ilə son tur görüşündə o, fərqlənə, adını tabloya yazdıra bilməyib. Bununla belə, Kalonasın səviyyəsi ortadadır.

"Rəvan”ın Premyer Liqada ilk 3 oyununun hamısında qol vurmuş ilk futbolçusu kimi tarixə düşən, ardıcıl qollu oyunlar sayında ötən mövsümün son 3 matçında "Kəpəz”, "Simurq” və "Sumqayıt”ı məyus etmiş serbiyalı Nemanya Vidakoviçlə şərikli lider olan Mindauqas artıq Litva millisinin məşqçilər korpusunun da diqqətini çəkə bilib. Belə olmasaydı, fevralın 28-də 29 yaşını qeyd etmiş xavbek təxminən 2,5 illik fasilədən sonra milliyə dəvət almazdı.

Təxminən 1 ay öncə klubun rəsmi saytına müsahibəsində "Məni hesabdan silmək hələ tezdi. Ən yaxın zamanlarda yığmaya dönmək istəyirəm. Artıq yaxşı forma yığmışam və karyeramda yeni səhifəyə başlamağa hazıram. "Rəvan”da özümü yaxşı tərəfdən göstərə bilsəm, artıq bir neçə aydan sonra milliyə qayıda bilərəm” deyən Kalonas öz oyunu ilə bu müddəti lap qısaltdı.

İndi o, Litva millisinin macar çalışdırıcısı Çaba Laslonun etimadını doğrultmaq üçün əlinə düşən şansdan maksimum yararlanmalıdır. Qeyd edək ki, litvalılar martın 22-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Jilinada Slovakiya millisinin qonağı olacaq. Bundan 4 gün sonra isə Baltikyanı ölkənin yığma komandası Tiranada Albaniya milli komandasına qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Uzun fasilədən sonra milliyə dəvət alması ilə bağlı Kalonasın fikirlərini öyrəndik: "Əlbəttə ki, çox sevinirəm. 2 il yarım sizə zarafat gəlməsin. Hər şey Zaporojye "Metallurq”unda yaşadığım problem və bu səbəbdən 1 ilə yaxın oynaya bilməməyimlə başlamışdı. Çox sevinirəm ki, artıq bu qara zolağı arxada qoya bildim. Milliyə dəvət almağımda "Rəvan”ın da danılmaz rolu var. Rəhbərliyə və məşqçilər korpusuna mənə etimad göstərdiklərinə görə təşəkkür edirəm. İndi Litva millisində həm də klubun nümayəndəsi kimi çıxış edəcəm. Həm özümün, həm də klubun imicini qaldırmaq üçün əlimdən gələni edəcəm. Sübut edəcəm ki, Kalonas hələ "ölməyib”, futbol oynamağı bacarır. Sadəcə, ona şans vermək lazımdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail