Maksim Medvedev: "Qırmızı vərəqə "M.Y"i pis vəziyyətdə qoydu"

06.03.2013 | 5797 dəfə oxunub

"Hazırlıqlar normal qaydada gedir. Bilirik ki, bizi "Qəbələ" ilə çətin oyun gözləyir. Rəqibimizin bəlkə də ən əsas hədəfi kubokdur. Məlumdur ki, Avropaya gedən ən qısa yol kubokdan keçir. Amma biz də eyni hədəf üçün mübarizə aparırıq. Yarımfinala çıxmağı istəyirik. Bunun üçün isə "Qəbələ"ni keçməliyik". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın üzvü Maksim Medvedev klubun rəsmi saytına verdiyi açıqlamada deyib.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində sabah öz meydanında "Qəbələ"ni qəbul edəcək Ağdam klubunun aparıcı üzvlərindən olan Medvedev hazırki vəziyyətlərini Çempionlar Liqasında "Real"a uduzaraq mübarizəni dayandıran "Mançester Yunayted"lı də müqayisə edib: "İlk oyunda qeydə alınmış nəticə ilk baxışdan bizə sərfəli görsənir. Amma 90 dəqiqənin eyni hesabla oynanacağını heç kim fikirləşmir. Dünənki "Mançester Yunayted"in vəziyyətinə düşüb-düşməyəcəyimi deyə bilmərəm. Belə baxanda ingilislərə 1:1-lik nəticə sərf etsə də, onlar yenə də qol vurdular, mübarizə aparırdılar. Sadəcə qırmızı vərəqə Ferqyüsonun yetirmələrini pis vəziyyətdə qoydu. Bundan sonra oyun dəyişdi. "Qəbələ"ylə oyunda "qırmızı" almağı düşünmürük (gülür). Bəli 2 ildi, "Qəbələ"ni uda bilmirik. Amma heç vaxt onlara qarşı əzilməmişik. Sadəcə, nəsə olur. Çoxlu qol imkanlarımız olur, amma yenə də uda bilmirik. Futbolda belə şeylər olur. Təbii ki, biz də nə vaxtsa "Qəbələ"ni udmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail