Elxan Məmmədov: "640 milyon o qədər də böyük məbləğ deyil”

07.03.2013 | 4323 dəfə oxunub

“Tikiləcək yeni Olimpiya stadionunu digərləri ilə müqayisə etmək olmaz. Olimpiya stadionuna sərf olunacaq 640 milyon manat o qədər də böyük məbləğ deyil”. Stadium.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov son günlər ölkə mediasında və sosial şəbəkələrdə ən çox müzakirə mövzusu olan 640 milyonluq stadionla bağlı məsələni şərh edərkən deyib. Baş katib 2015-ci ildə istifadəyə veriləcək olan Olimpiya stadionu haqqında öz fikirlərini bildirib. Onun sözlərinə görə, sözügedən stadion sırf futbol oynamaq üçün nəzərdə tutulmayıb: “Adından da bəlli olduğu kimi Olimpiya stadionu çox funksiyalı olmalıdır. Biz bu stadionda I Avropa Olimpiya Oyunlarını, müxtəlif beynəlxalq futbol turnirlərini keçirməyi planlaşdırırıq” 

E.Məmmədov yeni stadionun bütün standartlara cavab verəcəyini UEFA və FİFA kriteryalarına tam uyğun gələcəyini bildirib: “Bilirsiz, ümumilikdə götürsək, 10-15 il bundan qabaqkı standartlarla indiki standartlar arasında çox böyük fərqlər var. 15 il bundan qabaq UEFA standartına cavab verə biləcək orta hesabla 50.000 azarkeş tutan stadionu 150-200 milyon avroya başa gətirmək olardı. Ancaq indi çox şey dəyişib və yeni standartlar meydana gəlib. Hazırda stadionda ekoloji mühiti tam uyğun formaya gətirmək üçün çalışmalar gedir. Bundan əlavə, bildiyiniz kimi stadionun 80%-i qapalı olacaq. Yağışlı, qarlı havalarda belə azarkeşlər rahatlıqla izlədikləri oyunlardan zövq alacaqlar.

Baş katib həmçinin Olimpiya stadionunu yaxın illərdə istifadəyə verilən stadionlarla da müqayisə edib: “2011-ci ildə İstanbulda “Türk Telekom Arena” stadionu istifadəyə verildi. Doğrudur, həmin stadion ümumilikdə 160 milyon avroya başa gəlib. Ancaq həmin Arena yalnız futbol oyunu üçün nəzərdə tutulub orada heç bir Olimpiya oyunları keçirilməyəcək. Daha sonra “Nou Kamp” stadionunu misal göstərə bilərəm ki, həmin stadion 1950- ci illərdə istifadəyə verilib və bir neçə dəfə azarkeş tutumu çoxaldılıb, konstruktiv dəyişikliklər olub. Bizim stadionumuz isə istifadəyə veriləndən sonra ən azı 15-20 il müddətində heç bir dəyişiklik olmayacaq. Bundan əlavə bir sıra stadionların özünə xas simvolik xüsusiyyətləri olur. Mən misal üçün İngiltərənin “Uembli” stadionunu göstərə bilərm. Stadionun üzərində olan arka onun tanınmasına səbəb olur. Bizim Olimpiya stadionumuzda da milli ornamentlerimizi özündə əks etdirən xüsusiyyətləri olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail