Ənənə pozulmasa, "Qalatasaray" çempion olacaq

08.03.2013 | 5228 dəfə oxunub

Cari mövsüm olduqca maraqlı keçən Türkiyə Superliqasının vahid lideri "Qalatasaray"dı. Stadium.az xəbər verir ki, bəziləri "Cim-Bom"un ardıcıl ikinci mövsüm çempion olacağını, bir başqaları isə "Beşiktaş" və ya "Fənərbaxça"nın "sarı-qırmızılılar"ın hakimiyyətinə son qoyacağını iddia edir. Türkiyə mətbuatı isə maraqlı bir faktı aşkarlayıb. Belə ki, 26 illik ənənə pozulmasa, çempion məhz "Qalatasaray" olacaq. Statistika belə deyir. Türkiyə Superliqasında 1987/88 mövsümündən davam edən ənənəyə görə 24 turdan sonra ən yaxın izləyicisini minimum 3 xal qabalayan lider sonda çempionluğu davam edir. Hazırda isə Türkiyə çempionatında cari mövsüm 24 tur arxada qalıb və "Cim-Bom" ən yaxın izləyəcisi "Beşiktaş"ı 5 xal qabaqlayır. Bu isə o deməkdir ki, 1988-ci ildən bəri davam edən ənənə pozulmasa, mövsümün sonunda "Qalatasaray" qızıl medallara sahib çıxacaq. 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail