Montolivo: "Barsa"nı keçmək üçün..."

10.03.2013 | 4003 dəfə oxunub

"Milan"ın yarımmüdafiəçisi Rikardo Montolivo "A" seriyasının 28-ci turu çərçivəsində "Cenoa"nı məğlub etdikləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi artıq bu matçı unudub, "Barsa" ilə cavab oyunu haqda düşündüklərini qeyd edib: "Cenoa" ilə oyun çətin alındı. Buna baxmayaraq, mühüm 3 xal qazandıq. Komandamızın üzvləri işlərinə ciddi yanaşdılar və meydanda bütün gücümüzü qoyduq. Biz bu qələbəyə layiq idik. Düzdür, çox yaxşı oynadığımızı deyə bilmərəm. Amma turnir cədvəlində üst pillələrdə qərarlaşmaq üçün yaxşı oynamayanda da 3 xalı əldə etməlisən. O ki qaldı "Barselona" ilə cavab matçına, biz ilk oyunu yada salmalıyıq. "Barsa"nı keçmək üçün bu dəfə də çox diqqətli oynamalıyıq. Onlar əmindirlər ki, bizi keçəcəklər. Bu səbəbdən də biz sadəcə öz oyunumuzu oynayıb, istədiyimizə nail olmalıyıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail