Foqts sərgidə iştirak edib

11.03.2013 | 3774 dəfə oxunub

Martın 6-dan 10-dək Almanyanın paytaxtı Berlində "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisi keçirilib. Stadium.az xəbər verir ki, sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 104 kv.m sahədə lövhə quraşdırılıb. Bundan əlavə, 30 kv.m-lik sahədə "Ekologiya" stendi və 21 kv.m-lik sahədə "Mədəniyyət" stendi təşkil olunub. Sərgiyə gələn ziyarətçi və iştirakçılara nümayiş etdirmək və paylamaq üçün əl sənətkarlığı nümunələri, mis qablar, musiqi alətləri, eləcə də ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.
Sərginin ikinci günündə Azərbaycanla bağlı forum keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan barədə danışıb, forum iştirakçılarının suallarını cavablandırıblar. Forumda Azərbaycanda çalışan Almaniya vətəndaşları ölkəmiz haqda məlumat veriblər.
Tədbirdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və Berlində yaşayan azərbaycanlılardan ibarət "Azəri" U-13 komandasının üzvləri də iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail