“Şəfa”da kameralar quraşdırıldı

11.03.2013 | 4536 dəfə oxunub

“İnter” klubu “InStat Football” şirkətilə fəal əməkdaşlığını davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, klub futbolun sistemli və dərin analizində ixtisaslaşan bu şirkətlə artıq iki ildir əməkdaşlıq edir. “InStat Football”- dünyanın 20-dən artıq futbol turnirini araşdıran beynəlxalq innovasiya şirkətidir. Bu şirkət sayəsində futbol klubları təkcə komandaları haqqında deyil, həmçinin bütün rəqibləri barədə də müfəssəl məlumatlar alır.
“İnter” klubunun “InStat Football” şirkətilə əməkdaşlığı 2011-ci ilə təsadüf edir. Ötən müddət ərzində şirkət kluba komandanın keçirdiyi bütün oyunların ətraflı xarakteristikasını təqdim edir. İndisə tərəfdaşlıq yeni səviyyəyə keçir. Belə ki, “Şəfa” stadionunda xüsusi kameralar quraşdırıldı və  bu kameralar sayəsində futbolçuların fiziki aktivliyinin və göstəricilərinin ətraflı analizini əldə etmək mümkün olacaq. Qeyd edək ki, futbolçuların kilometrajının və aktivliyinin  hesablanması klubun hər ev matçında həyata keçiriləcək.
 
Əlavə edək ki, 2007-ci ildə təsis edilən “InStat Football” şirkətinin tam olmayan 5 il ərzində 70-dən klubla əməkdaşlıq münasibətləri var. Şirkət Moskva şəhərində yerləşir, tərəfdaşları Hollandiyada, Rumıniyada, Braziliyada, Sloveniyada, Çex Respublikasında və digər ölkələrdə fəaliyyət göstərirlər. “InStat Football” şirkəti Müstəqil Dövlətlər Birliyi ölkələrində və Şərqi Avropa ölkələrinin əksəriyyətində peşəkar futbol analizi bazarında liderdir. Şirkət biznesini Qərbi Avropa, Asiya və Amerika ölkələrində də fəal şəkildə genişləndirir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail