Zeynal Məmmədov: “Hakimlər sifariş qəbul etməsinlər, heç kimdən qorxmasınlar” Müsahibə

11.03.2013 | 8059 dəfə oxunub

 Qış fasiləsondən sonra “Bakı” özünə gəlməyə başlayıb. Son transferlərdən Marius Pena və Aqil Nəbiyevin komandaya çox böyük xeyri dəyir. Paytaxt klubu özünü toparlayaraq “altılığ”a yüksəldi və ölkə kubokunda “İnter” kimi rəqibini sıradan çıxararaq yarımfinala yüsəldi. Elə “İnter”lə oyundan sonra klubun vitse-prezidenti Zeynal Məmmədovla komandanın son vəziyyətindən danışdıq. Əvvəlcə isə “İnter”i mübarizədən kənarlaşdırmalarından başladıq.

– “İnter”lə oyunun ilk yarım saatı sönük keçdi. Məncə belə oyundan hamının canı sıxıldı. Amma sonrakı 60 dəqiqə kifayət qədər maraqlı keçdi. Bu müddətdə izlədiyimiz dörd qol da belə deməyə əsas verir. Oyunun gözəlliyi qoldu, biz də bunları gördük. Mən xüsusilə də hakimliyi vurğulamaq istəyirəm ki, referi Anar Salmanov və köməkçiləri çox yaxşı oyun idarə etdilər. Bizə qarşı bir çox hallarda hakim ədalətsiliyi olub, arzu edirəm ki, bundan sonrakı oyunlarımızda da belə hakimlik olsun.

– “Bakı” bir qayda olaraq heç-heçəyə üstünlük verir. İlk oyunda qeydə alınan 1:1 hesabından sonra yarımfinala keçəcəyinizə nə qədər inanırdız?

– Statistikaya nəzər salsaz görərsiz ki, “Bakı” kibok oyunlarında həmişə “İnter”i üstələyib. Bunun bir daha şahidi olduq. Biz heç-heçə oynaya bilərik, amma gördüz ki, bu bərabərliklər bizə sərf etdi.

– İlk oyunda qeydə alınan 1:1 hesabından sonra çoxları “İnter”i yarımfinalda görürdü. Həmin insanlara sözünüz varmı?

– Nə deyim e, həmin insanlar “Bakı”nı indi də hesabdan siliblər. Onlar “Bakı”nı heç beşinci yerdə də görmürlər. Halbuki beşinci yerdə olan komandayla 2, dördüncü yerdə olanla isə 6 xal fərqimiz var. “Bakı” həmişə ikinci dövrədə öz sözünü deməyi bacarıb və bu dəfə də belə olacaq.

– “İnter”ə vurulan hər iki qolda bəxt amili sizin tərəfinizdə oldu...

– Düzdü, mən də təsdiqləyirəm ki, hər iki qolda bəxt “Bakı”ın yanında idi.  Dirəkdən dönən də topumuz oldu, amma bəxt bizim yanımızdaydı. Bir məsəl də var, onu deyəcəm, “bəxt həmişə güclünün yanında olur”. Qoldan sonra çox yaxşı oyun izlədik və komandamız “İnter”dən bir baş üstün, daha layiqli çıxış etdi.

– Kamran Ağayevin meydana çıxmasına nə mane olur?

– “Altılıq” oyunlarında Kamranı meydanda görəcəyik. Kamran tam hazır idi, amma bir balaca zədə problemi ortaya çıxdı. Ən qısa zamanda Kamran meydana çıxacaq.

– Son zamanlar hakimlikdən də narazılığınızı tez-tez bildirirsiz...

– Mən istəyərdim səhvlər olsun, kimsə bizə qərəz nümayiş etdirməsin. Arzulayaq ki, yaxşı hakimlik olsun, bundan başqa nə deyə bilərik ki?! Əsas odur ki, hakimlər sifariş qəbul etməsinlər, heç kimdən qorxmasınlar. Necə ki, Anar Salmanov bu gün kişi kimi oyun idarə etdi, hamısı belə olsun. İnanın ki, biz uduzsaydıq da mən eyni sözləri deyəcəkdim.

– “Bakı” çempionatın son oyununda “Rəvan”ı udaraq “altılığ”a düşdü...

– Bizə qələbə çox vacib lazım idi. Bütün çətinliklərə baxmayaraq, komandamız istədiyi qələbəni qazandı. Düzdü, oyunda ilk qolu biz buraxdıq. Ancaq sonradan hər şeyi öz xeyrimizə həll edə bildik. Futbolçular axıra kimi vuruşdular, layiqli qələbə qazandılar. Sizə inandırıcı gəlməyə bilər, amma biz yenə də çempionluğa oynayırıq. Bu sözlərim real olmaya bilər, amma bizim məqsədimiz çempionluqdur. Digər tərəfdən siə qarşıda 10 oyun var ki, bu da 30 xal deməkdir. Deməli, nəzəri cəhətdən bizim çempion olmağımız mümkündür də. 

– Qışda edilən transferlərdən sonra “Bakı”da yerli futbolçular üstünlük təşkil etməyə başlayıb. Bu amilin komandanın özünə gəlməsində başlıca rol oynadığını düşünmək olar?

– “Rəvan”la son oyunumuzda 6 yerli futbolçu start heyətində meydana çıxmışdı ki, “İnter”lə kubok görüşündə 4 yerli futbolçuya şans verdik. Uzun müddət idi “Bakı”da belə məqam qeydə alınmırdı. Əvvəlki oyunlarımıza fikir versəz, legionerlər üstünlük təşkil edirdi. Təəssüflər olsun ki, Aqil “İnter”lə cavab oyununda meydana çıxa bilmədi. Kamranın zədəsi var, Rauf da hələ yüz faiz hazır deyil. Bu xırda problemlər aradan qalxandan sonra “Bakı” meydana daha çox yerli oyunçularla çıxacaq.

– Etdiyiniz transferlər ümidlərinizi doğruldur?

– Mən inanıram ki, hamısı bizim ümidlərimizi doğruldacaq. Rauf Əliyev, Kamran Ağayev, Aqil Nəbiyev, Cavid Hüseynov, Marius Pena kimi oyunçular uğursuz transferlərdir məgər? Bunlara uğursuz deyənlərdən heç baş açmıram. Düzdür, indi Rauf qol vura bilmir, amma inanın ki, hər şey öz qaydasına düşəcək. İndi Pena daha çox üzdədir, çünki ona şans verilib və hücumçu bundan layiqincə istifadə edir. Digər futbolçulara da şans verildikcə onlar da özlərini doğruldacaqlar.

– Artıq demək olar ki, yol üstə olan Bojidar Bandoviç “Bakı”da yerini möhkəmləndirdi?

– Gəlin bu haqda danışmayaq. Bu adam “Bakı”nın baş məşqçisidir və onun işləri düzəlməyə doğru gedir. Başqa söhbət ola da bilməz. Biz Bandoviçə inanırıq və gördüyünüz kimi yolumuza onunla da davam edirik. 

– Maruis Penanı çıxsaq, digər yeni legionerin oyunu alınmır...

- Mariusun səviyyəsi göz qabağındadı, əlavə şərhə ehtiyac yoxdu. Digər legionerlər hələ komandaya tam uyğunlaşmayıblar. Qısa müddətdən sonra onlar da sərgilədikləri oyunla özlərini göstərəcklər.

– Bayaq da Rauf Əliyevin qol vura bilməməsinə toxunduz və bu məqam komandaya mənfi təsir göstərir. Bax bu məqam sizi narahat etmir?

– Mən deyərdim ki, sadəcə Raufun bəxti gətirmir, elə bil, bu futbolçu qara zolağa düşüb. Amma inanıram ki, Rauf, altılıq oyunlarında öz sözünü deyə biləcək. 

– Deyilənə görə “Atletiko”nun nümayəndələri bu ay da Bakıya gələcəklər. Bu dəfəki səfərin məqsədi nədir?

– Onlar 1-2 günə artıq paytaxta olacaqlar. Bu, səfər tək “Bakı” üçün deyil, Azərbaycan futboluna görədi. “Atletiko”nun seleksiyaçıları 15 yaşadək futbolçular arasında seçim edəcəklər. Bəyəndiklərini də Madridə aparacaqlar.

 "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail