Böyükağa Hacıyev: "Foqts hələ neçə il də burda qalmaq istəyir ki?"

12.03.2013 | 5243 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev növbəti dəfə milli komandamızın çalışdırıcısı Berti Foqtsdan narazılığını ifadə edib. Stadium.az xəbər verir ki, "Bakı" ilə oyundan sonra baş tutan mətbuat konfransında Hacıyev millinin uzunmüddətli toplanışından narazı olduğunu gözlətməyib: "Mən hər zaman acı da olsa, həqiqətləri deyirəm. Dünyanın heç bir yerində millinin oyunundan xeyli öncə futbolçular toplanışa dəvət almır. Yalnız bizdə milli 18 günlük təlim-məşq toplanışı keçirir. Foqts deyir ki, Araz Abdullayevi nəzərində saxlayacaq. Mən başa düşə bilmirəm, Foqts hələ neçə il də burda qalmaq istəyir ki? Araz artıq neçə ildir onun nəzərindədi. Amma heç cür milliyə dəvət almır. İndi futbolçular yenə də milliyə yollanırlar. Kim zəmanət verə bilər ki, futbolçular millidən dönərkən fiziki durumları mən istəyən səviyyədə olacaq? Ya da onlar geri dönərkən tam sağlan olacaqlar, zədə almayacaqlar?"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail